Dəniz quldurları rusiyalı dənizçiləri Nigeriyada girov götürüblər

Müstəqil.az “Seanews.az”-a istinad edərək xəbər verir ki, girov götürülənlərdən biri gəminin kapitanıdır.  18 nəfərdən ibarət heyətin 11 nəfəri Filippin, 7 nəfəri isə Rusiya vətəndaşıdır. Hadisə zamanı heyətin digər üzvləri xəsarət almayıb.

Hazırda Rusiya səfirliyi və Nigeriyanın hüquq-mühafizə orqanları girov götürülmüş dənizçilərin xilas edilməsi üçün tədbirlər həyata keçirir.

Məlumata görə, sözügedən ərazidə son 12 ayda artıq 13-cü hücum faktı qeydə alınıb.

Müstəqil.Az

Share: