Yanvarın 23-də Nigeriya sahillərində “MV Mozart” gəmisinə edilən hücum nəticəsində qaçırılan 15 heyət üzvü ilə bağlı dəniz quldurları ilə ilk əlaqə qurulub.
Müstəqil.az xəbər verir ki, İngiltərənin “Boren Denizcilik” şirkəti tərəfindən idarə olunan “MV Mozart” gəmisi ilə bağlı şirkətin Almaniya – Hamburq ofisinə zəng edən quldurların qaçırılan heyət üzvlərinin hamısının adlarını sadaladıqları və onların yaxşı olduqları haqqında məlumat verdikləri bildirilir.
Qeyd edək ki, hazırda dənizçilərin Vətənə qaytarılması istiqamətində işlər davam etdirilir.
Xatırladaq ki, yanvarın 23-də “MV Mozart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Hücum nəticəsində gəmidə olan 19 nəfər heyət üzvündən 15-i girov götürülüb. Hadisə zamanı gəminin mühəndisi həmyerlimiz Fərman İsmayılov qətlə yetirilib.(Modern.az)