Maltaya məxsus, kimyəvi maddələr daşıyan “Davide B” tankeri martın 11-də dəniz quldurlarının hücumuna məruz qalıb.
Müstəqil.Az xəbər verir ki, hadisə Kotonu (Benin) limanından 210 dəniz mili aralıda baş verib.
Gəminin sahibi, “De Poli Shipmanagement” şirkətinin məlumatına görə, quldurlar heyətin 15 nəfər üzvünü girov götürüblər. Heyətin digər 6 nəfər üzvü gəmidə xüsusi bölmədə gizlənə biliblər.
Hadisə baş verən zaman “Davide B” tankeri Riqadan (Latviya) Laqosa (Nigeriya) üzürdü.
Hazırda gəminin girov götürülmüş heyət üzvlərinin axtarışı üzrə işlər gedir.
Müstəqil.Az
mənbə: “Seanews.az”