Dəniz sahilində kişi və qadın meyiti tapıldı

Dəniz sahilində kişi və qadın meyiti tapıldı

Abşeronda dəniz sahilində iki nəfərin meyiti tapılıb. 

Oxu.Az-ın məlumatına görə, hadisə ötən gün Novxanıda yerləşən istirahət mərkəzlərinin birinin yaxınlığında baş verib. 

Kişi və qadının sudan boğulduğu bildirilir. Onların meyiti sudan çıxarılıb. 

Faktla bağlı araşdırma aparılır.

Share: