Torpaqlarımızın işğaldan azad olunması tariximizin ən şərəfli səhifəsidir. Adına Vətən müharibəsi dediyimiz II Qarabağ savaşında Azərbaycan xalqı özünün nəyə qadir olduğunu bütün dünyaya sübut etdi. Ordumuzun şücaəti dünyanın aparıcı ölkələrində özlərinin hərbi sahədəki siyasətlərində və quruculuqlarında yeniliklər edilməsini gündəmə gətirdi.
Vətən müharibəsindəki qələbəmizin baş verməsi üçün isə 30 ilə yaxın bir məsafə qət edilmişdir. İlk Qarabağ savaşında torpaq itkilərimiz olsa da, qələbəmizin təməlinin məhz elə o dövrlərdə qoyulduğunu da demək yerinə düşər. Bu qələbədə AXDG QSC nin əməkdaşlarınn da mübariz əzmi öz sözünü deyib.
Qarabağ uğrunda gedən savaşlarda qəhrəmanlıq göstərən dənizçilərimizdən biri də AXDG QSC DND idarəsinin “ Prezident Heydər Əliyev” tankerinin elektrik mexanniki Gülmalıyev Mayıl Ağabala oğludur. O, 1966 -cı ilin aprel ayının 12-də də Ucar rayonun lək kəndində anadan olub. Lək kənd 1 nömrəli orta məktəbində orta təhsil alıb. 1984-1986 – cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. 1990-cı ildən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi idarəsində işə düzəlib. Gənc dənizçi Mayıl Gülmalıyev Erməni işğalçılarının torpaqlarımıza hücumu zamanı minlərlə vətənpərvər oğlumuzlardan biri kimi o da silaha sarılıb torpaqlarımızın bütövlüyü uğrunda vuruşmaq qərarına gəlir. 1992-ildə könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edir.
Mayıl Gülmalıyevin döyüş yolu Goranboy, Ağdərə, Füzuli rayonları ərazisindən keçib. Düşmənlə çarpışmada xüsusi qəhrəmanlıq göstərən Mayıl Gülmalıyev, onunla söhbətimiz zamanı bir Azərbaycan vətandaşı kimi vətən uğrunda canımıda verməyə indidə hazıram, deyir.
Birinci Qarabağ savaşı təəsssüf ki, torpaqlarəməzən itkisi ilə donduruldu. Uzun müddətli atəşkəs elan olundu. Amma arxayın idik ki, nə Azərbaycan xalqı, nə onun siyasi liderləri, nə Ordumuz bu itki ilə barışa bilməz, deyən Mayıl Gülmalıyev yenidən doğma kollektivə qayıdır, özünün dənizçi həyatını, dənizçi fəaliyyətini davam etdirir. Eyni zamanda da təhsilini artırmaqla məşğul olur. 1997- ci ildə Azəbaycan Dövlət Dəniz Akademiyasını elektrik mühəndisliyi fakutəsini bitirib. Hal hazırda AXDG QSC DND idarəsində çalışır. İki övlad atasıdır. Övladlarını da əsl vətəndaş kimi tərbiyə edib, bnöyüdüb. Onlarda Vətənə sevgi, düşmənə nifrət hissi ilə aşılayıb.
Mayıl Gülmalıyevin oğlu Malik də atası kimi Qarabağ döyüşlərində mərdliklə vuruşub. Hazırda zabit olaraq da İxtisasca xidmət edən oğul Gülmalıyev Vətən müharibəsinin iştirakçısi olaraq komandanlıq və Ordumuzun Ali Baş Komandanı tərfindən də təltiflərə layiq görülüb.
Malik Gülmalıyev gənc olmasına baxmayaraq özünün zəngin həyat yolu ilə fərqlənir.
1991-ci ilin nayabr ayının 29-da də Ucar rayonunun Lək kəndində anadan olan Malik 1998 -2009-cu illərdə şəhid Rafiq Nəsrəddinnov adına 39 saylı məktəbində təhsil alıb. Elə həmin ildə də Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademiyasına “Bədən tərbiyəsi və idman “ ixtisasına daxil olub.
2013- cü ildə bakalavr təhsilini bitirdikdən sonra AZDBTİA- nın “ Bədən tərbiyəsi və idman “ ixtisasının “ İdman məşqinin nəzəriyyəsi və metodikası “ ixtisaslaşması üzrə magistraturaya daxil olan Malik elə həmin ildə magistraturada təhsilini dondurub həqiqi hərbi xidmətə yola düşüb.
“N” saylı motoatıcı alayda xidmət edib. 2014-cü ildə ordudan təxris olunaraq magistratura təhsilini davam etdirib.
2016-cı ildə İxtisaslaşmış Elmi Şuranın qərarı ilə Magistr elmi-ixtisas dərəcəsi alb. Özünü daha çox ordu sıralarında görən, işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində zamanı gələndə zabit kimi vuruşmaq hissi onu 2016- cı ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində ehtiyat zabit kursuna müraciət etməyə sövq edir. 2017-ci ildən Azərbaycan ordusunda “N” saylı hərbi hissədə zabit kimi xidmət edən Malik Gülmalıyev 2020- ci ilin sentyabrında başlayan “ Vətən müharibə “ sində xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərdə olur.
Bir vaxtlar atası Mayılın düşmənlə vuruşduğu torpaqlarımızda düşmənin müqavimətini qırıb hücuma keçirlər. Ali Baş Komandanın sərəncamıyla “Suqovuşanın azad olunmasına “ görə medalı ilə təltif olunub. Hal hazırda da “N” saylı hərbi hissədə ordumuzun baş leytenentı olaraq xidmətini davam etdirir.
Faiq Balabəyli