“Dənizçi peşəsinə daima hörmət olunsa da, müşahidələr göstərir ki…”

“Dənizçi peşəsinə daima hörmət olunsa da, müşahidələr göstərir ki…”

“Dənizçi həyatı” layihəsinin budəfəki qonağı təqaüddə olan kapitan Ədalət Əzimovdur.

– Ədalət müəllim, necəsiz?  Özünüz haqda bir qədər məlumat məlumat verməyinizi istərdim.

– Salam. Yaxşılıqdır, bu günə də şükür. Mən 1952-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra 1969-cu ildə Bakı Dəniz Yollar Məktəbinə qəbul olub, 1974 -cü ildə bu məktəbi  bitirmişəm. 1990 -cı ildə isə Odessada Ali Dənizçilik Məktəbini bitirfmişəm.

-Bəs dənizə ilk gəlişiniz, dənizçi fəaliyyətiniz nə vaxta təsadüf edir?

-Əmək fəaliyyətimə 1975-ci ildə, məktəbi bitirdikdən sonra başlamışam. 2011-ci ilə kimi “KASPAR”da işləmişəm. Bundan sonra da düz  6 il “Mortranda” , Bayılda, “Severni” deyilən idarədə çalışmışam. Bu idarədə  2012-ci ildən təlimatçı kapitan olmuşam.  2017-ci ildə yaşa görə təqaüdə çıxdım. Bundan sonra 5 il ADDA baş müəllim, 1 il də “İst servisedə təlimatçı kimi calışdim. Səhhətimlə əlaqədar olaraq ərizəmlə işdən çıxdım. İndi evdəyəm, istrahat edirəm.

Şəkilin açıqlaması yoxdur.

– Uzun müddət dənizdə çalışmısız. Həyatınızın ən qaynar vaxtları mavi suların təlatümlü dalğaları arasında keçib, dənizçi həyatı digər peşə sahiblərinin həyatından nə ilə fərlənir?
– Dənizçi həyatı cətin və şərəfli peşədir. Onu şərəfli edən də elə çətinliklərlə üz-üzə gəlmək, və məsuliyyətli olmaqdır. Bu həyatı yaşayan insanlar özlərinin dözümü, səbri, qətiyyəti ilə seçilən insanlardır. Digər sahədə çalışan insanlarla xarakterlərində və digər nüanslarda fərqlilik var ki, əlbəttə bunlar da seçilən peşə ilə əlaqədardır. Konkret onu deyə bilərəm ki, əksər dənizçilər cox yaxşı xüsusiyyətlərə malikdir ki, bunlara  ləyaqətli və bacaracaqlı olmaları da daxildir.

Bir 2 nəfər və mətn şəkili ola bilər

-Dənizçi həyatı maraqlı anlarla dolu olur. Həyatınızda yadda qalan hadisələrdən bəhs edrdiniz.

– Zaman keçdikcə yaşanan anlar, ötən günlər yada düşür, xatirəlrdə yaşanır və hər birinin özünün maraqlı bir həyat olaraq yaşanıldğı göz önünə gəlir. Yadımdadır, bir dəfə Taqanroq limanında 10 gün büzlar arasında qaldıq. Su çəkildikcə buzların arasında  sıxılırdıq. Ancaq kalan kütüm tutmuşdum o ərəfədə.
Bir məsələyə də toxunum ki, dənizçi peşəsinə daima hörmət olunsa da, müşahidələr göstərir ki, sanki əvvəllərdə olduğu kimi yaşlı nəsl kapitanlara, baş mexaniklərə hörmət azalıb. Uzağa getmirəm, özümdən danışmaq istəyirəm, mən 42 il dənizdə can qoydum, təqaudə gedənə elə bil süpurgəcini yola saldılar,  bir nəfər demədi yaxşı yol, get istirahət et. Cavan bir qız ərizə yazdırdı, elə belə də dedi: dedi sabahdan işə gəlmə.

Şəkilin açıqlaması yoxdur.

– Dəniz Akademiyasında müəllim olaraq da fəaliyyət göstərmisiniz, öz bilik və təcrübənizi gənc nəsl dənizçilərindən əsirgəməmisiniz.
– Elədir. İndi Dəniz Akademiyası çox yüksək reytinqə malik olan Tədris ocaqlarındandır. Müəllim və professor heyyəti tələbələrə çox düzgün formada ixtisasları üzrə tədris edirələr. Savadlı kadrlar hazırlanır. Mənim gənclərə tövsiyyəm budur ki, kecdikləri dərsləri mükəmməl mənimsəsinlər və birdə xarici dilləri öyrənsinlər
Söhbətləşdi: Faiq Balabəyli

Share: