“Dənizçilərə Sosial Dəstək” İB Fransa Senatının Azərbaycana qarşı bədnam qətnaməsinə etirazını dünya sularında üzən gəmilər vasitəsilə beynəlxalq aləmə çatdırır

“Dənizçilərə Sosial Dəstək” İB Fransa Senatının Azərbaycana qarşı bədnam qətnaməsinə etirazını dünya sularında üzən gəmilər vasitəsilə beynəlxalq aləmə çatdırır

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə görə dünyanın ən böyük gəmiçilik şirkətlərindən biri olan Fransa dövlətinə məxsus “CMA CGM” gəmiçilik şirkətinə və digər gəmiçilik strukturlarına  müraciət qəbul edib. Müstəqil.Az.az sözügedən müraciətin mətnini təqdim edir:

“Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə bütün Azərbaycan xalqını, eləcə də haqq tərəfdarı olan, həqiqətin yanında olan insanları rahatsız edir. Bu əlbəttə ki,  Fransa dövlətinin ənənvi olaraq sülh siyasətinə deyil, əslində regionda sülhə mane olmaq istəyinə cəhdi kimi anlaşılır. Fransa senatının məkr dolu qətnaməsi bird aha sübut edir ki bu, həqiqətən də belədir.

Biz, Azərbaycanda fəaliyyət göstərən və eləcə də dünyanın bütün sularında üzən dənizçilərin sosial məsələlərinə dəstəkçi kimi mühüm bir işlə məşğul olan QHT olaraq haqqın və ədalətin yanında olmağı əsas prinsipimiz bilirik. Nizamnaməsində siyasətdən uzaq olması bildirilən İctimai Birliyimiz  sizin ölkənin  senatının atdığı bu birtərəfli və çirkin siyasi addıma görə dünyanın aparıcı gəmi şirkətlərindən biri olan sizə həqiqətləri çatdırmaq istədik.

Sizlərə yaxşı məlumdur ki, Fransa keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əsas işi görməli olan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi idi. Lakin Fransa 30 il müddətində bu istiqamətdə üzərinə düşən vəzifəni yerinə yetirmək əvəzinə tam fərqli bir mövqe sərgilədi. Dünyanın sayılan dövlətlərindən biri olan Fransa şərin, nahaqqın, zülmün yanında dayanmağa üstünlük verdi. Daima 1.000.000 (bir  milyon) dan artıq qaçqını olan Azərbaycan əleyhinə atdığı addımlarla, yürütdüyü sürüşkən siyasətlə qeyri-obyektiv bir ölkə kimi tanınmasından, haqqsevər dövlətlərin, insanların nifrətini qəbul etməkdən çəkinmədi.  Lakin ATƏT-in və digər haqqa yad olan təşkilatların guya sülh yolu ilə apardıqları danışıqlar bəhrə vermədiyi bir zamanda, münaqişə Azərbaycanın öz torpaqlarını özünün azad etməsi ilə nəticələndikdən sonra Fransanın xalqımıza və dövlətimizə qarşı bu mənfi münasibəti artan xətt üzrə davam etdi.

Heç kəsə qaranlıq deyil, elə Sizlərin dövlətinə də aşkardır ki,  Azərbaycan tarixən bütün qonşuları ilə münasibətlərində dostluq, humanizm prinsiplərinə sadiq qalıb. Regionda sülhün bərqərar olması üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirib. Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra da bu vəzifəni həm regionda, həm də Avropa ölkələri ilə də daim artan xətt üzrə inkişaf etdirib və etməkdədir.

Əziz dənizçi həmkarlar!

Siz dünyanın aparıcı gəmiçilik şirkətlərindən birisiniz. Elə 2022- ci ilin sonunda şirkətinizin xalis gəliri 18 milyard dollardan çox olub. Ölkənizin iqtisadi cəhətdən yüksəlməsində xidmətləriniz yetərincədir. Dövlətə gətirdiyiniz bu zənginlikdən senatınızın haqsızlıqlığa rəvac verməkdə istifadəsi utancvericidir.

Əziz dənizçi Həmkarlar!

Sizə ünvanladığımız bu müraciətin yekununda “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi olaraq, Fransa Senatının bu qətnaməsini qətiyyətlə pisləyir, bu kimi addımların sülhə qarşı provakasiyadan başqa bir şey olmadığını diqqətinizə çatdırırmaqla, Fransa Senatının bu qeyri-obyektiv addımına daima haqqın, ədalətin, dözümün, kişiliyin təmsilçisi olan dənizçilər kimi, sizlərin də  insani münasibətinizi gözləyirik”.

Faiq Balabəyli,

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri, ASCO XDND-nin gəmi kapitanı, şair-publisist, AYB üzvü, Prezident təqaüdçüsü

 

 

Share: