2 fevral Azərbaycan Gəncləri Gününün təsis olunmasının 25 illiyi münasibətilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları arasında stolüstü tennis üzrə idman yarış keçirilib.
Bu haqda Müstəqil.Az-a “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyindən məlumat əldə edib. Yarış fevralın 1- də ASCO-nun Dənizçi Mərkəzində ASCO-nun Həmkarlar təşkilatının və Sosial idarənin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi yarışmada iki idmançı ilə çıxış edib. Musayev Vüqar Mustafa oğlu və
Qədirli Baba Dadaş oğlu iddialı çıxışları ilə yadda qalıblar.
Belə ki, Vüqar Müsaye yarışmanı 3- cü, Qədirli Baba isə 5-ci olaraq başa vurublar.
Müstəqil.Az