Dənizçilər Ramazan bayramı münasibəti ilə məcburi köçkün ailələrini bayram sovqatı ilə sevindirib.
Bu barədə Müstəqil.Az -a “DSD” İB-nin ictimaiyyətlə əlaqələr şıbəsindən xəbər verilib
Dənizçilər həmişə olduğu kimi, bu dəfə də əslən Xocalı, Kəlbəcər, Laçın, Ağdam, Şuşadan olan və Goranboy rayonunda müvəqqəti məskunlaşan 779 qaçqın və məcburi köçkün ailəsinə, ümumilikdə 3350 nəfərə zəruri ərzaq məhsullarından ibarət bayram sovqatı paylayıblar.
Bayram sovqatlarını qəbul edən sakinlər onlara hər zaman göstərilən yüksək qayğıya görə minnətdarlıqlarını bildirib, bayram arzularını dilə gətiriblər.
Müstəqil.Az