“Nəzərinizə çatdırmaq istəyirəm ki, ölkədə və ölkədən kənarda baş verən və bütün hallarda dənizçilərimizin durumu ilə ilgili ola biləcək hadisələrə bacardığımız qədər diqqət kəsilirik və çalışırıq ki heç nə nəzərimizdən yayınmasın”.
Müstəqil.Az bildirir ki, bu sözləri “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri Faiq Balabəyli İctimi Birliyin iyun ayının 30-da keçirilən növbəti tədbirindən sonra, jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Artıq “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi ölkəmizdən kənarda olan dənizçilər tərəfindən də tanınır, istinad nöqtəsi və kömək gözlənilən bir qurum kimi fəaliyyətini genişləndirir. Bütün bunlar haqda mütəmadi olaraq məlumat veririk və gələcəkdə də bu istiqamətdə işlərimizi davam etdirəcəyik.
Fəaliyyətə başladığımız qısa zaman kəsiyində “DSD” İB olaraq bir neçə lahiyələrə imza atdıq. Bu lahiyələr içərisində uğurlu alınanlar da oldu, hələ gerçəkləşməsi vaxt tələb edənlər də var. Bu istiqamətdə “DSD” İB nin fəal üzvləri Fərrux Həmidliyə, Tural Balabəyliyə təşəkkürümü bildirirəm. Veteran dənizçi, DSD İB -nin sədr müavini, şair-bəstəçi Hüseyn Sözlüyə məsləhətlərinə, səmərəli təkliflərinə görə çox sağ olumuz var. Bizə dəstək olan təcrübəli dənizçilər Nazim Həbibov, Seyfulla Əliyev, Fəyaz Rüstəmov və digərlərinin də Birliyimizin fəaliyyətində bizə dəstək olmalarını xüsusi qeyd etməliyik.
İyunun 30-da, Milli sevgililər günündə “DSD”İB özünün növbəti tədbir-yığıncağını keçirdi. 25 iyun beynəlxalq dənizçilər günü və 26 iyun ordu günü münasibəti ilə düzənlənən iclasımız maraqla qarşılnadı. Tədbirin ev sahibi kimi, biz və dəvət olunan qonaqlar çıxışlarımız zamanı həm dənizçi günü, həm də ordu günü münasibəti ilə ürək sözlərimizi dedik, dənizçilərimizə təbriklər ünvanladıq, ordumuzun dünyanın qalib orduları sırasında olduğunu xüsusi ilə qeyd etdik, döyüşkən ruhumuz haqda fəxarətlə danışdıq, 44 günlük Vətən müharibəsinin millətimizə, ölkəmizə gətirdiyi şöhrətin, şərəfin qururverici olmasından söz açdıq. Bütün əsgərlərimizə, qazilərimizə sərkərdələrimizə və təbii ki Ali Baş komandan bütün bunlara görə minnətdarlıq hisslərimizi ifadə etdik. Şəhidlərimizə Allahdan rəhmət dilədik.
Hər iki bayram günü münasibəti ilə “DSD”İB tərəfindən haqları olan insanlarımızı təsis etdiyimiz diplomlarla təltif etdik.
Belə ki, Vətən müharibəsi zamanı orduya göstərdiyi maddi və mənəvi dəstəyə görə “Ordunun dostu” diplomu ilə AXDG QSC-nin XDND idarəsinin “Şahdağ” gəmisinin kapitanı Zaur Novruzov və AXDG QSC hüquq departamentinin əməkdaşı Sahib Hacıyev;
Uzun müddətli şərəfli dənizçi həyatına və səmərəli fəaliyyətinə görə “Dəniz Fatehi” diplomu ilə AXDG QSC DND idarəsində müşavir vəzifəsində çalışan Hikmət Hüseynox və XDND idarəsinin “Turan” gəmisinin kapitanı Vüsal Abbasov və “Hövsan-2” gəmisinin kapitanı Təfəkkür Məcidov;
Gənc dənizçi nəslinin formalaşması və təlim tərbiyəsində uzunmüddətli pedoqoji fəaliyyətinə görə “Stimul” diplomu ilə “AXDG” QSC ADDA təlim tədris mərkəzinin şöbə müdürü Namiq Mollayev və həmin Tədris mərkəzinin təlimatçısı Yasəmən xanım Qafaraova;
Ağır və şərəfli dənizçi həyatını əks etdirən dolğun sənət nümunəsinə və əsərinə görə “Neptun” diplomu ilə tanınmış yazıçı Aləm Kəngərli diplomlarla təltif olundular”.
Sədr verilən sualları cavablandırarkən, bundan sonra da dənizçilərimizin sosial rifahının yaxşılaşdırılması, onları rahatsız edən problemlərin həll olunması istiqamətində güclərini səfərbər edəcəklərini və əlaqədar təşkilatlar qarşısında məsələni gündəmə gətirərək həyata keçməsi haqda da əzmlə çalışacaqlarını dedi və hər kəsi maraqlandıran mövzular haqda ətraflı bilgi verdi.
Müstəqil.Az