Dənizçilərimiz Vətən müharibəsində

Dənizçilərimiz Vətən müharibəsində

Tanınmış şair-publisist, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri Faiq Balabəylinin yeni kitabı belə adlanır. Kitab “Elm və Təhsil” nəşriyyatında işıq üzü görüb. 

Bu haqda Müstəqil.Az-a DSD İB-dən məlumat verilib. Bildirilib ki, 320 səhifəlik kitab DSD İB-nin lahiyəsi olaraq 2000 tirajla dərc olunub. Kitabın redaktoru Hüseyn Sözlü, tərtibatçısı Fərrux Həmidlidir.

Kitabda 300 nəfərə yaxın I və II Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi və işğaldan azad edilməsində misilsiz qəhrəmanlıq göstərərək şəhid və qazi olan Azərbaycan dənizçisinin və dənizçi övladlarının döyüş yolundan bəhs olunur.
Kitab AXDG QSC-nin maliyyə dəstəyi ilə nəşr olunub.

Share: