Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin üzvü, “AXDG” QSC XDND – nin “ŞAMAXI” gəmisinin böyük mexanniki Fərhad DƏNİZin yeni şeiri “Dənizçilərimizin yaradıcılığı” layihəsində
Dərin iz var ürəyimdə,
Bilən yoxdu qurban olum
Çox ağrıyır kürəyim də,
Çarəsizəm, qurban olum.
Qərib ölkə, uzaq dəniz,
Olmur günüm qəm, kədərsiz
Çırpınıram, vətən, sənsiz,
Məlhəm eylə, qurban olum.
Ağlayıram o çağlara,
Fikrim gedir uzaqlara.
Sevgi dolu o anlara,
Qaytar məni, qurban olum.
AYRIM eli bizə qardaş,
Bir qoyardıq daş üstə daş.
“Tosbulağı”sirrli sirdaş,
Bizi gözlər, qurban olum.
ŞAMLIĞIN bir timsalı var,
Ordan çıxıb yaxşı dostlar.
Sevgi bağında arzular,
Çin olardı, qurban olum.
“Dərə yerim”haradadır,
“Sutöklən”intizardadı.
AXTALAM bir tamaşadır,
Elim viran, qurban olum.
Qıy vur sən qartal sayağı,
Gəz o dağı gəz bu dağı.
Bircə qədəh “Korbulağın”
Suyun gətir, qurban olum.
“Qarabulağın” yarpızından,
“Çatal dağda” qulunsardan.
AXTALA tək bir diyardan,
Daha yoxdu qurban olum.
Salm söylə “Xırman daşa”
Maral gəzər qoşa-qoşa.
Deki dərdim çıxıb başa,
Yoxdu dərman, qurban olum.
Ayaq saxla “yolaşanda”
Nəzər yetir qəbir daşa.
Ziyarət et qohum-qardaşa,
Yasin oxu, qurban olum.
Orda yatır ulu babam,
Yeri behişt cənnət məkan.
Nəcəf,Vəkil, “Mərrəm” babam,
Müqəddəsdi, qurban olum.
Qəsbkarlar tutub kəndi,
Talan edib yıxıb bəndi.
El-obasız cəhənnəmdi,
Hər tərəfi, qurban olum.
Saçlarımı ağartmışam,
Üz-gözümü qocaltmışam.
Günlərimi qaraltmışam,
Sarı siməm, qurban olum.
Allahverən çal sazını,
“Ruhanidə” avazını,
FƏRHADIN ürək ağrısını,
Sazla yumşalt, qurban olum!
14.08.2020.