Beynəlxalq Əmək Təşkilatının qəbul etdiyi gəmi heyət üzvləri üçün qlobal peyvənd proqramına dair yeni qətnamə təsdiqlənib.
Müstəqil.Az xəbər verir ki, yeni qətnamə Kipr tərəfindən Beynəlxalq Dəniz Təşkilatı, Beynəlxalq Dəniz Gəmiçiliyi Palatası və Avropa Birliyinə göndərilmiş dənizçilər üçün qlobal peyvənd proqramına əsaslanır.
Qətnamənin əsas şərtlərindən biri quruda lazım olan peyvəndlərin miqdarını təyin etmək üçün cədvəl yaratmaqdır. Bu, problemin miqyasının müəyyənləşdirilməsi və lazımi həcmdə tədarükün təmin edilməsində mühüm addım olaraq qiymətləndirilir.
Hökumətlər, işəgötürənlər və həmkarlar ittifaqlarına tələbata uyğun peyvəndin təmin edilməsinə kollektiv yanaşma ehtiyacı barədə BMT-nin müvafiq qurumlarına məlumat verən sənəd hazırlamağa dəvət olunur.
Müstəqil.Az
mənbə:“Seanews.az”