Dənizçilik və Nəqliyyat İdarəçiliyində uğurlu karyera

Dənizçilik və Nəqliyyat İdarəçiliyində uğurlu karyera

Orxan Xəlilov dənizçilik sahəsində 10 ildən artıq təcrübəyə malik olan kadrdır. Gənc olmasına baxmayaraq artıq  peşəkar gənc dənizçi kimi özünü tanıda bilib. Onun təcrübəsində 8 illik gəmi administratoru, 2 il isə Gemi kapitanın köməkçisi kimi fəaliyyət var. Onun dənizçilik sahəsindəki bilik və bacarıqları, Azərbaycanın dənizçilik sektorunu daxili və  xarici sularda uğurla təmsil etməyə imkan verir.

Gəmi administratoru olduğu müddətdə, risk qiymətləndirmələri (risk assessments) istiqamətində işlər görmüş, yeniliklərə imza ataraq bir çox nailiyyətlər əldə etmişdir. Onun karyerasına Xüsusilə dənizdə ətraf mühitin çirklənməsi ilə bağlı risk analizlərini hazırlaması daha çox önəm verir. Bu risk qiymətləndirmələri, Orxanın  çalışdığı gəmiçilik şirkətində geniş istifadə edilmişdir ki bu da onun peşəkar təcrübəsinin dəyərini artırmışdır.

Hal-hazırda Orxan Amerika Birləşmiş Ştatlarının Texas Southern Universitetində Nəqliyyat İdarəçiliyi üzrə təhsil alır. Eyni zamanda, bu universitetdə dəniz limanlarında karbon qazının azalması layihəsində tədqiqatçı köməkçisi (Research Assistant) kimi çalışaraq, ekoloji sürdürüləbilirlik sahəsində mühüm tədqiqatlar aparır.

Orxanın ekoloji davamlılıq sahəsindəki fəaliyyəti, beynəlxalq miqyasda müzakirə olunan məsələlərlə sıx bağlıdır. Orxan, bu sahədə fəaliyyət göstərən nadir dənizçilərdəndir ki, müasir yanaşmaları və tədqiqatları ilə diqqət çəkir. Məlumdur ki, bu kontekstdə, beynəlxalq dənizçilik təşkilatı (IMO) son dövrlərdə ətraf mühitin mühafizəsi ilə bağlı bir sıra mühüm qərarlar qəbul etmişdir. Xüsusilə, IMO-nun 2023-cü ildə qəbul etdiyi “Şimal Dəniz Yolu üzrə Karbon İllərinin Azaldılması” Qətnaməsi, dəniz nəqliyyatında karbon emissiyalarının azaltılmasına yönəlmiş strateji addımları müəyyən edir. IMO-nun dekarbonizasiya məqsədi, 2050-ci ilə qədər gəmilərin sera qazı emissiyalarını sıfıra endirməkdir.

Gənc soydaşımız dəniz nəqliyyatında karbon emissiyalarının azaldılması və ekoloji davamlılığa dair fikir və təcrübəsini bölüşərək, bu sahənin mütəxəsislərinə beynəlxalq səviyyədəki problemlərin həlli yollarını tapmaqda kömək etməyə hazırdır. O, gəmilərin enerji səmərəliliyini artırmaq, alternativ yanacaq mənbələrinin istifadəsini təşviq etmək və ətraf mühitin qorunması üçün effektiv strategiyalar hazırlamağı planlaşdırır.

Orxan Xəlilov, dənizçilik sahəsindəki mükəmməl nəticələri ilə yanaşı, gənc mütəxəssislərə dəstək vermək və biliklərini paylaşmisdir. O, xususi ile genc denizcilere herzaman destek olmus onlarin ozunu inkisaf etdirmesi ucun bacardigi qeder calismisdir.

Gələn ay Bakı şəhərində keçiriləcək COP29 tədbiri, “Qlobal İstiləşmənin Qarşısının Alınması” mövzusunu əhatə edir. Bu səbəbdən Orxanın keçmiş və indiki fəaliyyəti, dənizçilik sahəsində qlobal istiləşməyə qarşı mübarizə aparmaq üçün çox önəmlidir.  Bu sahədə artıq müəyyən uğurlara imza atan Orxanla haqqında bəhs olunan mövzu ilə bağlı söhbət etdik.

– Orxan bəy, dənizçilik sahəsində qlobal istiləşməyə qarşı mübarizənin əhəmiyyəti nədir?

Dənizçilik, qlobal iqtisadiyyatın vacib bir hissəsidir, lakin eyni zamanda karbon emissiyalarının artmasında mühüm rol oynayır. Hazırda dünya üzrə karbon qazı tullantılarının təxminən 2.5%-i dənizçilik sektorunun uzərinə düşür. Bu, ətraf mühitə ciddi təsir göstərir, çünki karbon qazı qlobal istiləşmənin əsas səbəblərindən biridir. Atmosferdə artan karbon qazı miqdarı, istilik dalğalarının, quraqlıqların və digər iqlim dəyişikliyi təsirlərinin yaranmasına səbəb olur. Dəniz daşımalarının karbon izini azaltmaq, həm ekosistemlərin qorunmasına, həm də daha dayanıqlı gələcəyə yol açır.

– Sizin fikrinizcə, gəmiçilik şirkətləri hansı addımları atmalıdır?

Gəmiçilik şirkətləri bir neçə istiqamətdə irəliləyiş edə bilərlər. İlk növbədə, enerji səmərəliliyini artırmaq üçün müasir texnologiyalardan istifadə etməlidirlər. Hibrid gəmilərin geniş tətbiqi, xüsusilə offshore gəmilərinin dinamik mövqeyə (Dynamic Positioning – DP) sistemlərinin hibrid sistemlərə uyğunlaşdırılması olduqca əhəmiyyətlidir. Offshore yeni neft sahələrində fəaliyyət göstərən gəmilər, həm iş zamanı, həm də dənizdə gözləmə (Standby) rejimində DP sistemindən istifadə edirlər.

Bu gəmiləri hibridləşdirərək və DP sistemini onlara uyğunlaşdırmaqla, bu tip gəmilər, uyğun hava şəraitində az yüklənmə ilə işlədikdə, elektrik enerjisindən istifadə edərək mövqelərini saxlaya bilərlər. Bu yanaşma, gəmilərdən ixrac olunan karbon qazını azaldacaq və ətraf mühitin mühafizəsinə mühüm töhfə verməcəkdir.

Bundan əlavə, alternativ enerji mənbələrinin, məsələn, günəş və külək enerjisinin istifadəsi, dənizçilik sahəsində karbon emissiyalarını daha da azaltmağa kömək edə bilər. Hibrid sistemlərin tətbiqi, bu enerji mənbələrinin inteqrasiyasını asanlaşdırır və gəmilərin ətraf mühitə təsirini minimuma endirir.

Bu cür addımlar gəmiçilik şirkətlərinin əməliyyat xərclərini azaltmaqla yanaşı, qlobal iqlim dəyişikliyi ilə mübarizədə daha aktiv rol oynamağa da şərait yaradır.

– COP29 tədbirinin dünya, ölkəmiz və dənizçilik üçün əhəmiyyəti nədir?

COP29, qlobal iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Bu tədbir, müxtəlif ölkələrin iqlim siyasətlərini müzakirə etmək üçün bir araya gəlməsinə imkan yaradır. Ölkəmiz üçün bu tədbir, ekoloji davamlılığı yüksəltmək və karbon emissiyalarını azaltmaq məqsədilə yeni strateji addımların atılmasına stimul verəcekdir.

-Konkret dənizçilik sahəsində bəs?

-Dənizçilik sahəsi üçün COP29, karbon tullantılarının azaldılması ilə bağlı tələblərin formalaşmasında və dəniz sektoruna yönəldilmiş konkret tədbirlərin müzakirəsində mühüm bir platformadır. Burada qəbul olunan qərarlar, gəmilərin enerji səmərəliliyini artırmaq və alternativ enerji mənbələrinin istifadəsini təşviq etmək məqsədilə yeni standartların tətbiqinə yardım edə bilər.

Eyni zamanda, Azərbaycanın yaxın zamanda Xəzər dənizində külək enerjisi fermalarının və yaşıl enerji istehsalının həyata keçirilməsi, bu müzakirələrin nəticələrinin konkret tədbirlərə çevrilməsinə yönəlmiş bir göstəricidir.

Azərbaycan, ənənəvi olaraq neft və qaz istehsal edən bir ölkə kimi tanınsa da, bərpa olunan enerji sahəsində lider olmağı hədəfləyir. Bu, ölkənin fosil yanacaqlara dayanan keçmişindən əhəmiyyətli bir dəyişiklikdir və davamlılığa olan bağlılığını nümayiş etdirir. Xəzər dənizi sahili, külək enerjisi istehsal etmək üçün zəngin resurslara malikdir və burada 7,000 MW-a qədər enerji istehsal etmək potensialı vardır.

Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 GW təşkil edir, bu da 3,000 MW külək enerjisi, 23,000 MW günəş enerjisi, 380 MW biokütlə enerjisi və 520 MW hidroenerjiyə (dağ çaylarından) bölünür.

Azərbaycan hökuməti, bərpa olunan enerji sahəsinə 2 milyard dollar sərmayə qoymağı planlaşdırır. Bu, bərpa olunan enerji mənbələrinin payını 2027-ci ilə qədər 33 faizə çatdırmaq və 2024-cü ilin noyabrında BMT İqlim Dəyişikliyi Konfransını (COP29) keçirməzdən əvvəl CO2 emissiyalarını azaltmağı nəzərdə tutur. Bu planın mərkəzində, Azərbaycanın Avropaya bərpa olunan enerji ixracını təmin edəcək dənizaltı enerji kabeli dayanır. Bu keçid, Azərbaycanın neft və qaz asılılığını azaltmaqla yanaşı, onu Avropanın enerji keçidində əsas oyunçu kimi mövqeləndirir.

– Dəniz limanlarında karbon qazının azalması necə mümkündür və siz bu sahədə hansı tədqiqatları aparırsınız?

Texas Southern Universitetindəki tədqiqatlarım çərçivəsində, dəniz limanlarında karbon qazının azaldılması üçün müxtəlif strategiyaların səmərəliliyini qiymətləndirirəm

Dəniz limanlarının dayanıqlılığını artırmaq üçün tətbiq olunan ən son strategiyalardan bəziləri bunlardır:

  • Günəş Enerjisi: Günəş panelləri vasitəsilə enerji istehsalını artıraraq karbon emissiyalarını azaltmaq
  • Elektrik Nəqliyyat Vasitələri (EV-lər): Dizel avtomobillərin yerinə elektriklə işləyən nəqliyyat vasitələrinin istifadəsi hava keyfiyyətini yaxşılaşdırmaq
  • Rəqəmsallaşma: Liman əməliyyatlarını daha səmərəli idarə etmək üçün digital sistemlərin tətbiqi.
  • Aşağı Karbonlu və Sıfır Emissiyalı Yanacaq: Alternativ yanacaqların istifadəsi ilə karbon tullantılarını azaltmaq.
  • Sahil Elektrik Təchizatı (OPS): Gəmilərin limanda elektrik enerjisi ilə təmin edilməsi, dizel generatorlarının istifadəsini azaldır.

Mən dənizçi olduğum üçün, əsas təklifim ağıllı yanalma sistemləri qurmaqla gəmilərin limanlara yanalma zamanını minimuma endirməkdir. Bununla yanaşı, limana gəmilərin kəndirlərlə bağlanmasını robotlaşdırmaqla həm yanalma zamanını azalda, həm də insan həyatının təhlükəsizliyini təmin edə bilərik.

Bir dənizci kimi bilirik ki, gəmilərin kəndirlərinin verilməsi böyük əziyyət və zaman tələb edən bir prosesdir. Eyni zamanda, qabarma, çəkilmə və ya pis hava şəraitində gəmilərin kəndirlərinin uyğun vəziyyətə gətirilməsi üçün gəmi mühərriklərinin işlədilməsi ilə gəmilərin gücündən istifadənin qarşısını almaq olar. Bu yanaşmalar, liman əməliyyatlarını daha təhlükəsiz və səmərəli hala gətirəcəkdir.

– Gənc mütəxəssislərə hansı tövsiyələri verərdiniz?

Cavab: Gənc mütəxəssislərə ən vacib tövsiyəm, davamlı inkişaf və ekoloji məsələlərə olan maraqlarını artırmalaridir. Yeni texnologiyaları öyrənmək və müasir trendləri izləmək, onların kariyeralarında irəliləmələri üçün vacibdir. Eyni zamanda, təcrübə qazanmaq üçün praktik iş imkanlarını dəyərləndirməlidirlər.

Bundan əlavə, xarici dil bilikərini, xüsusilə İngilis dilini mütləq şəkildə inkişaf etdirməlidirlər. Bu, onlara beynəlxalq müstəvidə daha geniş imkanlar açacaq və xarici sulara yelkən açmalarına kömək edəcəkdir.

Fərrux Həmidli

 

 

 

 

 

 

Share: