Müstəqil.Az və “Dənizçilərə Sosial Dəstək”İctimai Birliyinin birgə layihəsi olan “Dənizçi həyatı” layihəsinin budəfəki qonağı BUE Caspian Alyansının “Citadel ROV” gəmisində Baş Mühəndis vəzifəsində çalışan Əliyar İbrahimovdur
– Əliyar bəy, Salam, sizi xoş gördük. İstərdim oxucularımıza özünüz haqda məlumat verəsiniz.
– Xoş gününüz olsun. Masallı rayonun Türkoba kəndində anadan olmuşam. Orta məktəbi də elə bu kənddə bitirmişəm və Sovet Ordusu sıralarında xidmət etmişəm. Hərbi xidməti başa vurduqdan sonra,1984-cü ilin 4 Yanvar tarixindən XDND idarəsinin gəmilərində elektrik vəzivəsində işləməyə başlamışam. Sonradan Qafur Məmmədov adına Bakı Dəniz Yolları məktəbinə daxil olub elektrik mexanik vəzifəsinə yiyələnmişəm. XDND gəmilərində – “ Titan-4” (indiki Qurban Abbasov), “Nefteqaz-8”, “Sabit Orucov”, “Oktay Vəliyev”, “Təbriz Xəlilbəyli” və digər gəmilərdə bu vəzifədə çalışmışam. Sonradan BUE Caspian Alyans gəmilərində elektromexanik, sonra isə mexanik vəzifələırində çalışmışam. Hal hazırda Citadel ROV gəmisində Baş Mühəndis vəzifəsində işləyirəm.
–Maraqlıdır dənizçi olmaq arzunuz idi, yoxsa təsadüf nəticəsində bu sahəni seçdiz?
– Səmimiyəm.Təsadüfən. Hərbi xidmətdən tərxis olunduqdan sonra ali məktəbə girmək üçün vaxt lazım idi. Buna da nə imkan var idi, nə də vaxt. Dənizçilik heç yuxumada girməyib. Və bu vaxtı, imkanı qazanmaq üçün hansısa işlə məşğuı olmalı idim.
– Dəniz sizə nəyi verdi və nədən məhrum etdi?
– Artıq həyatımın 38- ilini bu peşədə keçirirəm. Həyatda nə qazancım varsa bu peşədə olub. Narazı deyiləm. Allahıma şükür edirəm.
Qazancım çoxlu həyat və dənizçilik təcrübəsinə malik insanlarla işləməyim, həm də coxlu yaxşı yoldaşlarımdır ki, ara-sıra görüşürük. Çox təəssüf ki, bəzilərini də itirmişik. Allah rəhmət eləsin.
-Necə düşünürsüz, dənizçi olmasaydınız hansı sahədə özünüzü təsdiq edə bilərdiz?
-Texniki fənləri çox sevmişəm, arzum İnşaat mühəndisi olmaq idi. Amma bu da bir alın yazısıdır. Dənizdə olmağıma heç vaxt peşiman olmamışam.
–Siz əvvəllər elektrik mexanniki vəzifəsində çalışırdız. Sonradan ixtisasınızı dəyişdiniz, mexannik oldunuz. Niyə?
– Bir ara Elektrik mexanikləri ixtisara salmışdılar. Mənim Gəmi mexanikliyi ixtisasım da var idi. “Balıqçılıq Sənaye Texnikumunu Gəmi Energetik Qurğularının İstismarı” fakultəsini bitirmişdim və həm də təcrübəm buna imkan verirdi.
– Məsələ ondadır ki bir çox dənizçilərimiz, əsasən də el. Mexanniki olanlar sonradan digər ixtisasları seçiblər. Donanmanın bir çox kapitan və böyük mexannikləri belə edib.
– Səbəbi sırf yuxarda qeyd etdiyim cavabdır. Bir də ki, onu qeyd edim mexanik sənətində müəyyən perespektiva da vardır. Bu da hardasa özünü görsədir. Amma onu deyim ki, elektromexanik sənətini daha çox sevirəm. Dediyin qəbildən olan dənizçilərdən biri də elə siz özünüzsüz. Axı Faiq, siz də əvvəllər el. Mexanniki işləmisiz.
– Əliyar bəy, uzun illərdir XDND də çalışmısız. Dononmada nələr var, hansı yeniliklər müşahidə edilir və insanlarımızın rifahı üçün dah çox gərəkli olardı?
-Harda işləməyimdən aslı olmayaraq XDND mənə dogma kollektivdir və bu kollektivin təəssübünü çəkirəm. İndi burada işləməsəm də özümü daima bu kollektivin tərkibində görmüşəm. O ki qaldı yeniliklərə, bu hər yerdə, hər sahədə müşahidə olunur. Ölkəmiz uzun müddət müharibə şəraitində yaşasa da, iqtisadi cəhətdən bunu hiss etmədik. Daima yüksəlişdə oldu. O baxımdan da XDND. Gəmilər təzələnib, maaşlar qabaqkı vəziyyətdə deyil, amma daha çox olsa yaxşı olar.
– Ara-sıra dənizçilərin giley güzarını eşidirik. Sizcə bu giley güzarda obyektivlik nə dərəcədə doğrudur?
-İnsan olan yerdə, iş olan yerdə giley güzar da, müəyyən narazılıqlar da ola bilər. Hər şey heç vaxt tam yaxşı ola bilməz ki… reallıqlarla yaşamaq lazımdır. İş gedən yerdə problem də olmalıdır. Amma sivil qaydada müraciət edilib, dinlənilməli və tədbir görülməlidir.
– Uzun illərin təcrübəsi imkan verər ki, gənc nəslə nələrisə tövsiyyə edəsiniz.
-Gənclərimiz bizim gələcəyimizdir. Onlarla fəxr etməyə dəyər. Texniki inkişaf sürətlə davam edir. Əgər biz müasirliklə ayaqlaşmaq istəyiriksə, mütləq ki Azərbaycanın gələcəyi olan gənclərimiz bu sahələrə yiyələnməli, və nailiyyətlər əldə etməlidir. Bir zamanlar hətta qonşu dövlətlərin sularında üzmək problem idisə, indi dünyanın bütün sularında gəmilərimiz və dənizçilərimiz çalışır.
– Keçək layihəmizə, Sizin üçün dənizçi həyatı nədir, bu həyatın müsbət və mənfi cəhətləri nədir?
-Dənizçi olmaq şərəfli peşədir, bu haqda çox danışılıb. Bilirik ki, hal hazırda Dövlətimiz üçün çox vacib olan bir çox lahiyələr həyata keçirilir. Biz dənizçilərin də azacıq da olsa bu layihələrdə tovhəmiz var.Demək olar ki,bütün dənizdə aparılan yeni layihələrdə, “Azəri-Çıraqdan” tutmuş “Şah-Dəniz- 2” lahiyəsinəcən iştirak etmişəm. Bu özülüyündə qurur vericidir.
Üzr istəyirəm deməyimə, bəzən anlayışı olmayanlar düşünür dənizçi təmiz dəniz havasında istirahət edir, gecə-gündüz balıq tutur. Dənizçinin qarşısında çoxlu, gözləmədiyi sürprizlər, hava şəraiti, mexanizmlərin qəzası, gecəsi gündüzündən asılı olmayan iş rejimi… sadalamaqnan qurtarmaz. Bir də ki, dənizçini sahildə nigarançılıqla gözləyən valideynləri, həyat yoldaşı,uşaqları, dostları və elə torpaq var.
-Bilirsiniz ki, DSD İB Dənizçilərə sosial dəstək adlı bir ictimai Birlik yaradıb. Dənizçilərin sosial vəziyyətinin yaxşılşdırılması üçün nələr etmək olar?
-Bir çox sosial məsələlər var ki, dənizçilər sözün əsl mənasında bundan əziyyət çəkir. İlk növbədə onların evlə təmin olunması. Dənizçi ailəlilərinin istirahət vaxtlarını səmərəli keçirməsi üçün tədbirlərin keçirilməsi yaxşı olardı. Məncə anonim olsa da bu sosial yönümlü şikayət, tösiyyə və təklifləri qəbul edib, onların üzərində işləmək olar.
– Əliyar bəy, sizə müsahibəyə görə təşəkkürümü bildirirəm
-Mən sizə təşəkkür bildirirəm Faiq bəy. Saytınızı və DSD İB-nin fəaliyyətini diqqətlə izləyirəm. Dənizçilərimizə diqqət ürəkaşandır. Təcrübəli dənizçilərin həyatından bəhs edən yazılarınız, əslində gənc dənizçilərə hansısa bir yolu göstərməkdir ki, bu istiqamətdə fəaliyyətinizə görə öz adımdan təşəkkür edirəm.
Söhbətləşdi: Faiq Balabəyli