”Müstəqil.Az -ın DSD İB-yi ilə birgə hazırladıqları “Dənizçi həyatı” lahiyəsinin budəfəki qonağı təqüddə olan Prezidentin fərdi təqaüdçüsü, Uzaq səfərlər kapitanı Muxtar Axundovdur
-Muxtar müəllim, Sizinlə “Dənizçi həyatı” layihəsində həmsöhbət oluruq. Mümkünsə özünüz, həyat yolunuz haqda qısa da olsa məlumat verəsiniz.
-Faiq müəllim, mən Kür çayının sahilində, Salyan şəhərində anadan olmuşam. Uşaqlıq illərim və yeniyetməlik dövrüm bu çayın sahilində keçib. O illərimin ən böyük xatirələri də elə bu çayla bağlıdır. Həmişə Kürün sahilidə oturar, çay boyu üzən gəmilərə baxardım. O vaxtar Kürdə kiçik tutumlu “paraxodlar” üzərdi. Beləcə aşağa-yuxarı üzən gəmilər məni xəyalən özü ilə gəzdirərdi, gələcək həyatımın yol göstərəni, bələdçisi olurdu.
–Demək, baxışlarınızla o gəmiləri izləyərək, dənizə tərəf “üzdünüz”…
-Özümü o gəmilərin sərnişini yox, kapitanı kimi görürdüm. Beləcə, orta məktəbi bitirdikdən sonra Qafur Məmədov adına Bakı Dəniz Yolları Məktəbinin Gəmi sürücüsü fakultəsinə qəbul oldum. 1967- cı ildə həmin məktəbi əla qiymətlərlə bitirdim və Xəzər Dəniz Gəmiçiliyinə təyinat aldım. İşə qəbul üçün də İmtahanları əla qiymətlərlə verdim, bununla da Gəmiçiliyin Yuxarı qrup Gəmilərinə təyinatım təsdiqləndi. Kapitanın 3-cü kıməkçisi kimi əmək fəaliyyətimə başladım. 1969- cı ilin ilk günlərindən isə Kapitanin 2- ci köməkçisi oldum. Elə həmin ilin ilin avqust ayında Ulu öndər Heydər Əliyev Azərbaycanın rəhbərliyinə gələn vaxtdan sonra onun sərəncamı ilə Respublika üzrə Əsgər və Əsgər yaşlı gənclərlə aparılan işlərin yoxlanılması komisiyasının Tərkibinə təsdiq edildim.
-Dənizdən ayrılmamaqla…
-Bəli. Dənizçilik karyeramda da uğurlu hadisələr yaşanırdı. Belə ki, 1971- ildən gəmi kaqpitanının Baş göməkçisi, 1979- cu ildən isə gəmi kapitanı vəzifələrində işlədim. 1991-cı ildə SSSRİ Dəniz Nəqliyyatı Nazirliyinin Sərəncamı ilə “UZAQ SƏFƏRLƏR KAPİTANI ” adına təsdiq edildim.
-Uzaq Səfərlər kapitanı olaraq uzaq səfərləriniz az olmayıb, yəqin ki..
– Çox səfərlərdə olmuşam. İlk olaraq 1992- ci ilin mart ayında Gəmiçiliyin Rəhbərliyinin sərəncami ilə öz heyyətimizlə Yunanstan dövlətinin “TAŞKENT” Gəmisini Rumuniyanın tərsanəsindən qəbul etmişik. 1992-ci ilin dekabr ayında həmin gəmini başqa komandaya təhvil verdik. Bununla bağlı Yunan Gəmiçiliyinin sahibi bizim Gəmiçiliyin Rəhbərliyinə Minəttarlığını bildirmişdi. 1993-ildə isə ” MERKURİ- 2″ gəmisinə göndəriş aldım. Bu gəmi ilə Baltik dənizində çalışırdıq. Gəmi Sərnişin və iri tonnajlı Tır maşınlarının daşımalarını həyata keçirirdi.
-Səhv etmirəmsə bir müddətdən sonra gəmi sükanını vəzifə kürsüsünə dəyişdiniz.
– Mən bütün dövrlərdə özümü kapitan körpüsündə kapitan olaraq hiss etmişəm. Bəli, 1999-cu ildə Gəmiçiliyin rəhbərliyinin Sərəncamı ilə Türkiyənin İstambul şəhərində AXDG- in Numayəndiliyinin rəisi vəzifəsinə təyin edildim. 2003- cü ilin may ayından Rəhbərliyin sərəcamilə geri çağrıldım. Gəmiçilikdə Beynəlxalq əlaqələr üzrə rəis müavini təyin edildim. 2014- cü ildən Azerbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gəmiçiliyin Birinci müavini, 2015-ci ildən isə sədrin Baş Müşaviri oldum.
2016- ildən Hörmətli Prezidentimizin Sərəncamı ilə “Prezidentin fərdi təqaüdçi” siyəm.
-Muxtar müəllim, sizin dənizçi həyatınızı vərəqlədikcə, dediklərinizi dinlədikcə məlum olur ki, bu illəriniz çox səmərəli keçib. Dənizlə dostluğunuz ilk gündən baş tutdumu, heç peşman olduğunuz zamanlar oldumu?
-Dənizdə 57 il işləmişəm, bununla fəxr edirəm. Hər hansı peşimançılıq olsaydı bir insan ömründən çox olan vaxtı dənizlə dostluq şəraitində keçirə bilməzdik ki… Mən dənizi sevərək bu sahəyə gəldim, sevgi ilə təqaüdə çıxdım və özümü bir an da dənizdən və dənizçilikdən uzaq görmədim, görmürəm və görə bilmirəm.
– Siz, təcrübənizdən irəli gələrək Gənc dənizçi nəsli nələri tövsiyyə edərdiz?
-Əlbəttə ki, gənc dənizçilərə ugurlar arzulayiram. Bu sahəyə təsadüfən gəlmədiklərini sübutlamaq, peşəkar dənizçi, seçdikləri ixtisası mükəmməl öyrənməlidirlər. Bunun üçün mütləq təhsillərinə fikir verməli, təcrübə toplamalıdırlar.
– Dənizçi həyatı maraqlı anlarla dolu olur. Köhnə nəsil dənizçilər bəzən söz düşəndə köhnə günlərə qayıdır, xatirələrlə yol yoldaşı olurlar. Həyatınızda yadda qalan, macəra dolu anlar az olmayıb, bəlkə o hadisələrdən bəhs edrdiniz.
-Dənizçinin həyatı bütünlüklə maraqlı, macəra dolu anlarla əhatələnir. Baxır kim necə yaşayır, kimin yaddaşında necə qalır o anlar.
-Məsələn, Sizin yaddaşınızda qalan hadisələrdən ən çox hansıları xatırlayırsız?
-Çoxunu… demək olar ki, hamısını. 1994- cü ildə ” MERKURİ-2 ” gəmisində Riqa şəhərindəki limandan çıxıb təyinat üzrə hərkət edirdik. Gəmidə çoxlu sayda iri tutumli yük avtomobilləri – Tırlar var idi. Açıq dənizə çıxdıqdan sonra heyyət müəyyən etmişdi ki, Tırların içərsində insanlar gizlənib. Bunların Kürd qaçqınları olduğunu müəyyənləşdirdik. Heyyətin diqqətli olması tapşırığını verib, tədbirlər hazırlayıb, qaçqınların olması barədə Tərəfimdən bu barədə Liman rəhbərliyinə məlumat verildi. Dərhal tədbir görüldü, Limanın rəhbərliyi minətdarlığını bildirdi.
Maraqlı hadisələr yetərincədir. Müxtəlif limanlarda olarkan başqa ölkələrin dənizçiləri ilə müxtəlif tədbirlər, idman yarışları keçirirdik. Ən çox da Voleybol, Futbol yarışları olardı. Əsasda Limanlarda çox dayananda. Elə dənizdə də yüksüz səfərlərimiz zamanı da Anbarda heyyət üzvləri komandalara bölünürdü, Voleybol oynayırdıq. Şahmat, Şaşki yarışları da eləcə. Bizim dənizçilər həmişə öz aralarında, eləcə də başqa dövlətin dənizçiləri ilə münasibətdə mehriban olublar. Ən çox sevincimiz isə Turk dənizçiləri ilə rastlaşanda olardı. Onlarla bir limanda olanda ünsiyət qurardıq, gəmiyə dəvət edərdim, qarşılıqlı xoş münasibət, maraqlı söhbət alınardı.
– “Dənizçi həyatı” dedikdə nələri düşünürsüz? Bu ifadə sizin üçün özündə nəyi ehtiva edir?
– Dənizçi həyatı dedikdə, acılı-şirinli, vüsal dolu, ayrılıq anları ilə yadda qalan günlər, yaşanan həyat gəlir gözlərim önünə. Bu bizim dənizçilərin həyat tərzidir. Bu həyatı özümüz seçmişik. Dəniçi olmaq şərəfli bir peşədir. Demək dənizçi həyatı da şərəfli həyatdır.
” MERKURİ–2 ” gəmisi . Heyyət voleybol yarışında
– Müxtəlif vəzifələrdə işləmisiz. Gəmi sükanın arxasında olmaq yaxşıdır, yoxsa idarə rəhbərliyində təmsil olunmaq?
– Hər yerin, hər vəzifənin məsuliyyəti var ki, bunu gərək dərk etməyi bacarasan. Mənəvi tərəflərini düşünəsən. Təkcə vəzifəni icra etməklə deyil ki… Mən harda olmuşamsa, elə indi təqaüddə olduqda da, özümü dənizçi kimi, kapitan olaraq görürəm, hiss edirəm və bu hiss məni heç zaman tərk etməyəcək. Kapitan heyəti elə idarə etməlidir ki, heç bir ayr-seçkilik olmasin, heyət bir yumruq kimi olmalıdır, möhkəm və ayrılmaz.
-Bir neçə dəfə təqaüddə olsam da, deyə ifadələr işlətdiniz. Təqaüdə getmək sizi heç narahat etmədi ki… Məsələn, kollektiv, dəniz, gəmi, qağayılar, dalğalar və sair…
-Hər şeyin bir sonu olmalıdır. Əlbəttə ki, mən də yerimi gənclərə verməli idim və bu məni heç narahat etmir. Biz də gənc olaraq dənizə gəldikdə özümüzdən yaşca böyükləri əvəz edə-edə yaşa, təcrübəyə dolduq. 2019- cu ilin dekabr ayının 1-də Gəmiçiliyin numayəndəsi mənə zəng etdi, salamlaşdıqdan sonra soruşdu ki, hazırda hardasınız? Şəhərdə idim, olduğum yeri dedim. Nizami muzeyinin yanında görüşdük . Dedilər ki, rəhbərlik bizi göndərib, Sizinlə Müqavilə ləğv edilir. Düzdür, o gündən bu günə qədər mən gəmiçiliyin heç bir tətbirlərinə veteran olaraq dəvət olunmasam da, Özümü dənizdən və dənizçilikdən uzaq görmürəm. Bu da mənim 57 illik dənizçi həyatıma özümün verdiyim dəyərdir, mən bu sahənin mütəxəssisiyəm. Daima düşünmüşəm o kollektiv, orada işləyən köhnə tanışlar və sonradan tanıdıqlarım bütün insanlar mənim həmkarlarımdır, əsas da dəniz və dənizçi sənətinə dəyər verənlər, mən orada olsam da, olmasam da…
Söhbətləşdi: Faiq Balabəyli