Dənizçinin oğlu, dənizçi-döyüşçünün müalicəsi davam edir…

Dənizçinin oğlu, dənizçi-döyüşçünün müalicəsi davam edir…

Qubadlı uğrunda gedən döyüşlərdə oktyabrın 25 -də  xüsusi qəhrəmanlıq göstərən dənizçi-döyüşçü Həsənli Səbuhi Söhbət oğlu oktyabrın 25-də ağır yaralanıb.

Müstəqil.Az bildirir ki, bu haqda dənizçi- əsgərimizin atası, veteran dənizçi Həsənov Söhbət Babakişi oğlu “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin yaralı əsgərimizlə maraqlandığı zaman məlumat verib.

Səbuhinin oğlu Həsən

Dizindən 2 sm aşağa iki güllə yarası qalıb. Güllələrin biri sümükdə, digəri əzələdə ilişib qalıb,  çıxarmaq mümkün deyil. Müalicəsi davam edir. İndi hərbi hospitalda müalicə olunan əsgərimiz özünü yaxşı hiss edir. Təəsüfləndiyi təkcə odur ki, yaraları gec sağalır, qələbə xəbərini hospitalda eşidib və elə burda da qələbənin sevincini yaşayır.

Səbuhi müharibə başlanan günün səhəri, sentyabrın 28-i könüllü olaraq döyüşə gedib.

Öyrənirik ki, qəhrəmanımız 1993-cü ilin 13 avqustunda Bakı şəhərində Yasamal rayonunda doğulub. Əslən Qubadlı rayonu Cərəli kəndindəndir.

Səbuhi müharibədən qabaq oğlu Həsənlə

Bizimlə söhbət zamanı Səbuhinin atası Söhbət kişi, elə ata-baba yurdu uğrunda gedən  döyüşdə iştirak etməsinə görə bir az təskinlik tapır, deyir.

Söhbət kişi deyir ki, Səbuhi 2016 – cı ild Aprel döyüşlərində də vuruşub. Qarabağın işğal altında qalması ailəmizdə həmişə ürəkağrısı ilə yaşanılıb. Səbuhi II Qarabağ savaşı başlayana qədər kiçik yaşlı oğlu Həsəni da hərbi ruhda tərbiyə edir, sən də bir əsgər olacaqsan deyirdi. Allaha şükür ki, müharibəni udduq, körpələrimizə bu bəlanı saxlamadıq, deyir Söhbət kişi. Əlavə edir ki, oğlum dənizçidir, inşallah yaraları sağalsın, müharibədəki qələbəmiz, sərhədlərimiz möhkəmlənsin, qayıdacaq dənizə.
Səbuhi Türkiyədə, Palmali şirkətinin H.Z. Tağıyev gəmisinin matrosu olub. Elə atası  Söhbət Babakişi oğlu  da dənizçidir. 30 ildəm artıq Xəzər Dəniz Gəmiciliyində aşbaz vəzifəsində çalışıb. İndi təqaüddədir.Qubadlı ugrunda gedən döyüşlərdə 25 oktyabırda yaralanıb dizindən 2sm aşagıda biri sümüyün icində biridə əzələdə ikisində cıxarmaq olmaz.
Faiq Balabəyli

Share: