Dənizçinin qəhrəman oğlu Rasim

Dənizçinin qəhrəman oğlu Rasim

44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan 44 il danışsaq da, azdır. Bu elə bir qalibiyyət idi ki, illərdir işğal altında olan, düşmın tapdağı altında olan Vətən torpağı azad edilməklə ürəklərdəkiu qübar, nisgil, utanc gətirən hisslər aradan qaldırıldı. Azərbaycan xalqı bir olmağın necə gözəl sonuclandığnı yaşadı Ordumuz bu sevinci bizlərə yaşatdı.

Düşmənə qarşı çarpışmada qəhrəmanlıq göstərən igidlərimizdən biri də, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin Xəzər Dəniz Neft Donanma İdarəsinin “Geofizik- 1” gəmisinin matorçusu  Səlimov Gülismayılın oğlu Rasimdir. Haqqında bəhs etdiyimiz qəhrəmanımız 44- günlük Vətən müharibəsində şücaət göstərərək adını tarixə yazan igidlərimizdən biridir.

Oxucularımıza söz verdiyimiz kimi, Müstəqil.Az saytı “DSD” İB-i ilə birgə dənizçi qəhrəmanlarımız, eləcə də dənizçilərimizin müharibə iştirakçısı olan övladları haqda hazırladığı kitabda onların döyüş yoluna nəzər salır, haqlarında yazılar yazıb, araşdırma aparır.  DSD İB olaraq biz hər zaman qəhrəmanlarımızın yanındayıq. Bu qəhrəmanımızla yaxından tanış olaq.

Bir açıq Havada görseli olabilir

Səlimov Rasim Gülismayıl oğlu 1998-ci ilin noyabr ayının 1-də  Ucar rayonunun Məlikballı kəndində anadan olub. 2005-2016 cı illərdə doğma Məlikballı kənd tam orta məktəbində təhsil alıb. Rasim 2017-ci ilin yanvar ayının 19-da Naxçıvanda yerləşən “N” saylı hərbi hissədə xidmət etmək üçün səfərbər olub. 2018-ci il İyul ayında ordudan tərxis olunub.  Ali təhsil almaq, ölkəyə layiqli vətəndaş olmaq, min ağrı-əzabla onu böyüdən atası Gülismayıl kişinin, qohum-əqrəbanın, kəndinin, elinin, obasının hörmətini qazanmaq onun ən böyük arzularından idi. Bir də Vətənimizin işqğaldan azad olunması uğrunda savaşa girmək… O, arzularına çatdı.

Belə ki, 2020-ci il sentyabr ayının 21 – də Səfərbərlik idarəsi  təlim keçmək üçün yenidən onu ordu sıralarına çağırır. Universitetə hazırlaşan Rasim, orduya çağrışı həmən qəbul edir. Sentyabr ayının 27 – si Vətən müharibəsi başlanan vaxt silaha sarılaraq döyüş meydanına atılır. Müharibə davam edən zaman Tərtər, Ağdərə və Suqovuşan istiqamətində gedən şiddətli döyüşlərdə ağır artilleriya bölməsinin tərkibində Topogeodeziyaçı vəzifəsində iştirak edir. Şanlı Qələbə əldə olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunur.

Bizimlə söhbətində Rasim döyüş əmrini verib düşməndən qisas almağımıza şərait yaratması və xidmətimizi yüksək səviyyədə qiymətləndirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarına öz minnətdarlığını da bildirir, o, əsl sərkərdədir, deyir.

Faiq Balabəyli

 

Share: