Dənizkənarı Bulvar İdarəsi 1İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Aksiya təşkil edib. Idarə uşaqlara 5 atraksiondan ödənişsiz istifadə üçün şərait yaradıb. Dənizkənarı Bulvar İdarəsi bu ənənəni artıq uzun illərdir ki, həyata keçirir. Bu dəfə uşaqlar avtodram, uşaq pavilyonu, batut, karnaval-1 və karnaval-2-də əyləncəli anlar yaşayıblar.