“Dərman vasitələrinin ticarət adının reseptlərdə yazılmaması bir sıra problemlərə gətirib çıxara bilər”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Rəşad Mahmudov Milli Məclisin iclasında bildirib.
Deputat qeyd edib ki, dərman şirkətləri ticarət adı reseptlərdə yazılmayan ölkələrdən öz rəsmi nümayəndəliklərini çıxarmağa çalışırlar.
R.Mahmudov vurğulayıb ki, bu gün Azərbaycanda 250-ə qədər rəsmi nümayəndəlik var:
“Bu nümayəndəliklər dərman vasitələrinin təchizat zəncirinə ciddi nəzarət edirlər. Bu baxımdan dərman vasitələrinin ticarət adının reseptlərdə yazılmaması bir çox problemlərin yaranmasına gətirib çıxara bilər”, – deyə deputat bildirib.
Qeyd edək ki, “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, reseptdə dərman vasitələrinin ticarət adının deyil, tərkibinin yazılması tələbi müəyyən olunur.
Zaur Mirzə