Dünya ölkələri arasında ən uzunmüddətli və ən sərt karantin rejimi Azərbaycanda tətbiq olunub. İni isə gəlin nəticələrə baxaq.
Rəsmi statistikaya əsasən bu virusa yoluxma sayına görə 220 ölkə arasında 45-ci yerdəyik. (Özəl klinikalarda test verənlər, evdə xüsusi həkim tapıb müalicə olunanlar, xəstəliyi asimptom keçirənlər rəsmi statistikya düşmür). Bir gün də olsa karantin tətbiq etməyən olkələrin vəziyyəti daha yaxşıdır. Əhalinin sayına nisbəti götürdükdə isə biz ilk onluqdayıq.
Yeganə ölkəyik ki, 9 aydır təhsil tam dayanıb, yad insanlarla restoranda, kafedə oturub vaxt keçirə bilərsən, amma ailə üzvləri ilə ad günü keçirmək qəti qadağandır. Bu il ərzində gənclərin toy etməsi ağır cinayət hesab olunub və əvvəl cəmiyyətin mənfi baxdığı qoşulub qaçmaq vəziyyətdən yeganə çıxış yolu hesab olunur.
Yeganə ölkəyik ki, pandemiya dövründə antiviral dərmanlar yoxdur və ya çətinlklə tapılır, testlərin cavabı bir həftəyə gəlir, (əgər götürsələr) Yeganə müayinə metodu özəl klinikalardır. (əgər pulun varsa)
Yeganə ölkəyik ki, Yeni ilə SMS-lə giririk.
Təkcə bizdə müvafiq qurumlar effektiv işləmədiyinə görə günahkar vətəndaşdır. Dərman yoxdur, test aparılmır, ona görə ki, vətəndaşlarımız səhlənkardır və maska taxmır.
Həkim – nevropatoloq
Qalib Əsədov