“Qiymət artımı ən çox dərman qiymətlərində hiss olunur. Baxmayaraq ki, bu qiymətlər dövlət tərəfindən tənzimlənir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov bildirib.
“Mən dərmanlarımı Türkiyədən gətizdirirəm. Türkiyədə və burda olan dərmanların qiymətin 7-8 dəfə fərq var. Mən başa düşürəm yol, daşıma xərcləri var. Lakin fərq bu qədər olmamlıdır0 Bu əhalini ən çox narahat edən problemdir” – deyə Vahid Əhmədov vildirib.
Bundan başqa, deputat banklarda kredit faizlərinin yüksək olmasından gileylənib: “Niyə Azərbaycanda investisiya fondları yoxdur? Bunun səbəbi nədir? Mərkəzi Bankın bankalara verdiyi pulun faizlərinə baxmaq lazımdır? Niyə biz sahibkaralara 20%-lə kredit verməliyik?”.
O, həmçinin 50 min manata kredit almağa görə girov məsələsinin sadələşdirilməsini təklif edib: “Bank sahəsində problemdən biri girov məsələsidir. Sahibkarlar 5 il müddətində girovla kredit götürürlər. Bəs sahibkar 5 il nə etsin?! Bu kredit məsələsini həll etmək lazımdır. Rayonlarda hamı istəyir taxıl əksin. Amma adamların vəsaiti yoxdur”.
Eldar Tanrıverdi