Nazirlər Kabinetinin Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilib.
xəbər verir ki, qərara əsasən, inteqrasiya həyata keçirilənədək dərman vasitələrinin dövlət reyestrinin məlumatları dəyişikliklər (dövlət qeydiyyatı müddətinin bitməsi, yenidən dövlət qeydiyyatına alınması, istehsalçının dəyişməsi, istehsal ölkəsinin dəyişməsi, yeni qablaşdırma miqdarı) göstərilməklə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən ayda bir dəfə elektron formada Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyinə təqdim edilir.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Dərman vasitələrinin dövlət reyestrinə daxil edilmiş dərman vasitələrinin (yalnız ixrac üçün Azərbaycan Respublikasında istehsal edilmiş dərman vasitələri istisna olmaqla) topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.