Dəyərli aparıcı Vüsalə Əlizadəyə…- Fuad Biləsuvarlı

Dəyərli aparıcı Vüsalə Əlizadəyə…- Fuad Biləsuvarlı

 

Dəyərli aparıcı Vüsalə Əlizadəyə…

Həmişə olubdur özü Vüsalə

Özü bir dəryadı, sözü bir məna,
Səmimi övladdı, mehriban ana.
Hər vaxt işi getsin möhtəşəm, əla,
Lütviyyə ananın qızı Vüsalə!

İsmətli, əxlaqlı, din-imanlıya,
Diktoru şöhrətli, adlı – sanlıya.
Axşamlar baxırıq “7 canlı”ya,
“Azad kanal”ın da gözü Vüsalə!

İstedadlı kəsə yol açıb hər an,
Canını xalq üçün eləyibdi şam.
Belə doğulubdu o da anadan,
Həmişə olubdur özü Vüsalə!

Hər axşam kanalda gül kimi açar,
Yaxşı əməlindən ellər söz açar.
Allah çöhrəsində çiçəkli bahar,
Yaradıb üzündə yazı Vüsalə!

Zəhmətlə yetişdi bu gözəl ana,
Səs də sala bildi cümlə-cahana.
Yetmiş dörd yaşında nənəm də ona,
Baxa -baxa deyir, bizim Vüsalə!

 

 

23 aprel

Vüsalə xanımın dilindən qardaşının əziz xatirəsinə. Ruhu şad olsun!!!

Bir qardaş itirdim dağ görkəmində

Əlihüseyn adlı igid, cəngavər,
Daim bizə arxa, qoçaq, hünərvər.
Daim imdadıma yetişən yavər,
Bir qardaş itirdim dağ görkəmində.

İçimdə bu yara sağalan deyil,
Dərdim ürəyimdə boğulan deyil.
Qardaş, bir də səndən doğulan deyil,
Bir qardaş itirdim dağ görkəmində.

Heç doya bilmədik, qardaşım səndən,
Həmişə razıydın bilirdim məndən.
Bir tərəfim yoxdur sən gedən gündən,
Bir qardaş itirdim dağ görkəmində.

Övladın bizimçün əmanət qaldı,
Sənsizlik qəlbimdə dəvasız xaldı.
Gözmü dəydi bizə, bəs nədən oldu?
Bir qardaş itirdim dağ görkəmində.

Bu dərd mənim ilə çox yol gedəcək,
Gözüm hər bir yanda səni gəzəcək.
Ax, sənə nə deyim, a zalım fələk,
Bir qardaş itirdim dağ görkəmində.

 

Bəxtəvər böyüsün bir Dilək balan

Ömrünün bağında çiçəyin qızın,
Gözəlin, göyçəyin, mələyin qızın.
Tək onla bağlıdır diləyin qızın,
Bəxtəvər böyüsün bir Dilək balan!

Dilində qənd kimi sözünlə birgə,
Bütün doğmalarla, özünlə birgə.
Saflığınla birgə, düzünlə birgə,
Bəxtəvər böyüsün bir Dilək balan!

Adın və soyadın bizə çox tanış,
Bir balana görə saf canla çalış.
Hər zaman fərəhli anından danış,
Bəxtəvər böyüsün bir Dilək balan!

Zirvəni adlasın, dağları aşsın,
Arada sənintək bir şeir yazsın.
Zehniylə özünə qapılar açsın,
Bəxtəvər böyüsün bir Dilək balan!

Namazda dilədim uca Tanrıdan,
Çəksin anasına bilik sarıdan.
Arzumdu seçilsin hər kəs, hamıdan,
Bəxtəvər böyüsün bir Dilək balan!

Müəllif: Fuad Biləsuvarlı

20 mart

Share: