Azad Rəhimov dünyasını dəyişdi və aramızdan vaxtsız getdi. Heç kimdən sormadan, heç kimin iznin almadan- necə gəlmişdisə dünyaya, eləcə də tərk etdi onu və haqqa qovuşdu…Demək ki, hər birimiz bax beləcə, dünyaya xəbərsiz gəldiyimiz kimi, xəbərsiz də tərk edəcəyik onu!
Müstəqil.Az bildirir ki, bu sözləro Prezidentin sabiq köməkçisi,, tarix elmləri doktoru, professor Əli Həsənov özünün feysbul sosial səhifəsində paylaşıb.
“Azad müəllimin şəxsində ailəsi və doğmaları dəyərli, alicənab övladlarını, xalqımız yetkin, formalaşmış və tanınmış dövlət xadimini, dostları və tanışları isə kifayət qədər humanist, səxavətli və alicənab bir insanı itirdi… Onsuz da son bir ildə koronavirus neçə-neçə seçilmiş və dəyərli insanlarımızı, çoxsaylı ziyalılarımızı aramızdan aparmışdı və aparmaqda da davam edir..
Azad Rəhimov onu tanıyanların xatirəsində öz həyatsevərliyi, tükənməz enerjisi, səxavəti və humanizmi, dərin ağlı və təfəkkürü ilə seçilən, mərd və alicənab bir insan kimi yaşayacaqdır! Allah sənə rəhmət eləsin, Azad müəllim! Məkanın cənnət, ruhun şad, məzarın nurlu olsun!
Təəssüf ki, səni yaşatmaq üçün edə biləcəyimiz bir şey yox idi. Ölüm haqdır və ondan qaçmaq heç kimə nəsib olmayıb! Bu həyatdasa hər kəs daha çox nə qədər yaşaması ilə deyil, necə yaşaması ilə xatırlanır, müdriklik, kamillik kimi ehtiram doğuran yüksək bəşəri keyfiyyətlərlə, ali insani sifətlərlə yaddaşlarda iz buraxır!
Allah ailə üzvlərinə- həyat yoldaşına, oğluna və bütün doğmalarına səbr versin! Rəhimovlar ailəsinin kədərini paylaşıram!” – deyə Əli Həsənov mərhum nazirin həyatla vaxtsız vidalaşmasına üzüldüyünü və təəssüfləndiyini bildirib.
Müstəqil.Az
Müstəqil.Az