Da Vinçinin itən tablosu Səudiyyə şahzadəsinin yaxtasında tapıldı – Şok detallar

Leonardo da Vinçinin şah əsərlərindən olan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl Səud tərəfindən rekord qiymətə alınan və sonra sirli şəkildə itən “Salvator Mundi” tablosu tapılıb.

Müstəqil.Az Teleqraf.com-a istinadla xəbər verir ki, sənət yayın orqanı olan “ArtNet” tablonun şahzadənin yaxtasında olduğunu iddia edib.

Tablonun 50 nəfərlik heyəti, bir helikopter və sualtı kəməri olan “Serene” adlı böyük bir yaxtada saxlanıldığı bildirilir.

Səudiyyə hökumətinin Beynəlxalq Əlaqələr Mərkəzi məsələ ilə əlaqədar hər hansı açıqlama verməyib.

Mütəxəssislər 500 yaşı olan tablonun dənizdə saxlanmasının ona xətər yetirəcəyini bildirib.

“Salvator Mundi”nin Səudiyyə Krallığı Əl-Ula bölgəsində mədəniyyət mərkəzi yaradana qədər Məhəmməd bin Salmanın Qırmızı dənizdəki 134 metrlik yaxtasında saxlanılacağı deyilir.

Tablonun 450 milyon 300 min dollara alındığı qeyd olunur.

Share: