Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe zəlzələ bölgəsinin yenidən bərpa edilməsi ilə bağlı təklif edib.
“Qafqazinfo” xəbər verir ki, sənətçi bunu sosial şəbəkə hesabında paylaşıb.
O, yeni tikiləcək evlərin yaponlar tərəfindən inşa olunmasını istəyib:
“Yenidən tikiləcək bütün binalar, dağıntı olan bölgələri yaponlar tiksin, dünyanın ən sağlam binalarını tikirlər. Halal olsun”.