“Dağıntılar altından xilas edilən və xəstəxanalarda olan 80 min vətəndaşımız var”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay jurnalistlərə açıqlamasında bildirib.
Dövlət rəsmisi 1 milyon 50 min vətəndaşın isə sığınacaqlara yerləşdirildiyini açıqlayıb.
Onun sözlərinə görə, 190 minə qədər vətəndaş zəlzələ bölgəsindən təxliyə olunub.