Müstəqil.Az bildirir ki, Dağıstanının paytaxtı Mahaçqala şəhərində, Respublika üzrə “Dağıstan Xalqlarının mədəniyyəti” adlı 1-ci festivalı keçirilib.
Festivalda Dağıstanda yaşayan xalqların dilində mahnılar və rəqslər nümayiş olundu. Festivalda Dağıstan Azərbaycanlılarını nəğməkar şair Zeynəb Dərbəndli təmsil edib.
Dağıstan- Mahaçqala Dostluq evi və Dağıstan Respublikası millətlər üzrə nazirliyinin təşkil etdiyi festival maraqlı anlar ilə yadda qaldı.
Zeynəb Dərbəndli sözləri özünə, musiqisi Elmir Mədətoğluna aid “Dəyanətli Dağıstanım” mahnısı ilə çıxış etdi. Zeynəb xanım festival ilə bir gündə yaranan mahnının belə tez yaranmasında böyük zəhməti olan Elmir Mədətoğluna və Tabasaranın tanınmış sənətkarı Nadirbəy Qazıyevə xüsusi minnətdarlıq bildirərək ona dəstək olan və dəvət edən Dərbənd azərbaycanlıları milli-mədəni muxtariyyətinin sədri və tanınmış jurnalist Telman Tahirliyə, Dərbənd qəzetinin nümayəndəsi Ayna xanım Mımmədovaya, Mahaçqala şəhər Dostluq evinin nümayəndələri: Mahaçqalada Azərbaycanlıların milli muxtariyyətının sədri Rakif Əzizova, onun müavini Eldar Osmanov”a və festivalın təşkilatçısı Dağıstan tatarları” Tuqan Tel” təşkilatın sədri Elmira Kadırovaya sonsuz təşəkkürlərini bildirdi.
Müstəqil.Az