Dağıstanda yerli sakinlər və polis əməkdaşları arasında silahlı insident olub.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, hadisə Levaşi kəndində qeydə alınıb.
Nəticədə 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Ölənlərdən birinin Levaşi Polis Bölməsinin şöbə rəisi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.