Dağıstanda azərbaycanlı faciəvi şəkildə həlak oldu

Dağıstanda azərbaycanlı faciəvi şəkildə həlak oldu

Qax rayon sakini işlədiyi binadan yıxılaraq ölüb. KİV-lərin məlumatına görə, hadisə Rusiyanın Dağıstan Respublikasında baş verib.

Belə ki, Qax rayon Qum kənd sakini, 1988-ci il təvəllüdlü Səid Əmrullah oğlu Əmirov Dağıstan Respublikasında usta kimi işlədiyi hündürmərtəbəli binanın 11-ci mərtəbəsindən yıxılaraq ölüb.

34 yaşlı Əmirovun nəşi doğulduğu Qax rayonuna gətirilərək Qum kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Səid Əmirov uzun müddət Dağıstanda usta kimi çalışmırmış. O, subay olub.

Müstəqil.Az

 

Share: