Dağıstanın xalq şairi Maqomed Əhmədov 67 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə onun oğlu Murad Əhmədov TASS- a müsahibəsində bildirib.
Ölümün səbəbi uzun sürən xəstəlik olub. Şair ömrünün son günlərini Moskva xəstəxanalarından birində keçirib. Əhmədovun dəfn mərasimi doğulduğu Qunib rayonunun Qonoda kəndində olacaq.
1979-cu ildə Əhmədov əmək fəaliyyətinə Dağıstan Kitab Nəşriyyatında redaktor kimi başlayıb. 2004-cü ildə Dağıstan Yazıçılar Birliyinin İdarə Heyətinin sədri, 2018-ci ildə Rusiya Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü və katibi seçilib .
2005-ci ildə Əhmədov “Dağıstanın xalq şairi” adına layiq görülüb. O, həmçinin “Rusiyanın Böyük Ədəbi Mükafatı” və “Delviq Ədəbi Mükafatı” laureatıdır.