“Şahdağ” gəmisinin motorçusu Cəfər Səfərli “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.
Bu haqda Müstəqil.Az-a Dənizçilərə Sosial Dəstək İctimai Birliyindən məlumat verilib.
Prezident İlham Əliyev Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunması barədə Sərəncam imzalayıb.
Sərəncamla təltif olunanlar arasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”QSC-nin (ASCO) “Şahdağ” gəmisinin motorçusu Səfərli Cəfər Mübariz oğlu da var.
Dənizçi həmkarımızı “Cəbrayılın azad olunmasına görə” medalına layiq görülməsi münasibətilə təbrik edir, döyüşlərdə göstərdiyi igidliyə və qəhrəmanlıqlara görə minnətdarlığımızı bildiririk.
Müstəqil.Az