Xarici sularda üzən daha bir dənizçimiz faciəli surətdə həlak olub.
Müstəqil.Az-a bu haqda “Dənizçilərə Sosial Dəstək ” İctimai Birliyinin sədri Faiq Balabəyli məlumat verib.
“Hadisə ilə bağlı Azərbaycan dənizçilərinə dəsətək İctimai Birlyinin sədri İlham Nəsirov mənə məlumat verdi. O. bildirdi ki, bədbəxt hadisə, Abu-Dabidə baş verib. Mən vaxt itirmədən “DSD”İB-nin idarə heyyətinin üzvü, Abu-Dabidə işləmiş, uzaq səfərlər kapitanı Nazim Həbibovla əlaqə saxladım. O, özünün əlaqələri ilə hadisənin iki gün öncə baş verdiyini dəqiqləşdirdi. Məlum oldu ki, Abu-Dabidə Free Limanına yaxın bir yerdə baş mexannik Natiq Səmədov dənizə düşərək dünyasını dəyişib. Onun gəminin kənarında vəzifə borcunu yetirib, yanacaq çənlərini ölçərkən güclü dalğa zamanı müvazinətini itirib dənizə yıxıldığı ehtimal olunur. İşlədiyi gəminin adı və mənsub olduğu şirkətin dəqiqləşdirə bilmədiyimiz gəminin kapitanı Telman adlı azərbaycanlıdır.
Mərhumun nəşinin morqda olduğu və yaxınlarına təhvil veriləcəyi gözlənilir. Hadisə ilə bağlı istinr=taq və araşdırma gedir.
Allah rəhmət eləsin.