Latviya öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs açıqlama yayıb:
“Hazırda Rusiya Federasiyasında olanlar ölkəni mümkün qədər tez tərk edin. Bu çağırış beynəlxalq vəziyyətin gərginləşməsini nəzərə alaraq edilib”.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Moskvadakı səfirliyi öz rəsmi saytında ölkəsinin vətəndaşlarına müraciət dərc edərək vətəndaşlarını Rusiya ərazisini tərk etməyə çağırıb.