Türkiyədə qarşıdangələn prezident seçkilərində daha bir namizəd açıqlanıb.
Belə ki, Məmləkət Partiyasının lideri Məhərrəm İncə prezidentliyə namizədliyini bəyan edib.
Qeyd edək ki, Türkiyədə prezident seçkiləri mayın 14-də keçiriləcək.
Xatırladaq ki, bir müddət öncə 6 siyasi partiyanı özündə birləşdirən Millət İttifaqı Cumhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun seçkilərdə vahid namizədliyini irəli sürmüşdü.