Düşmən təxribatının qarşısını alarkən şəhid olan gizir Budaqlı İsmayıl Məhərrəm oğlu dəfn olunub.
“Qafqazinfo”nun məlumatına görə, şəhidimiz Sabirabadın Axtaçı Muğan kənd qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının əməkdaşları, rayon sakinləri, veteran və qazilər iştirak edib.
Qeyd edək ki, Budaqlı İsmayıl Məhərrəm oğlu 1998-ci il yanvarın 12-də Sabirabad rayonu Axtaçı Muğan kəndində dünyaya göz açıb. O, həqiqi hərbi xidməti bitirdikdən sonra könüllü olaraq ordu sıralarında qalıb və gizir rütbəsinə qədər yüksəlib.