Polis əməkdaşları paytaxtın Binəqədi və Yasamal rayonları ərazisində ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən aktiv koronavirus xəstələri olan iki nəfəri ictimai yerlərdə aşkarlayaraq saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə evlərinə qaytarıblar. Bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.
Müstəqil.Az