Dalğaların qoynundan dağlara qalxıb döyüşmək çətin olmadı- Dənizçi döyüşçü

Dalğaların qoynundan dağlara qalxıb döyüşmək çətin olmadı- Dənizçi döyüşçü

Müstəqil.az və DSD İB nin birgə layihəsi ilan, qzau dəniçilərimiz haqda yazılacaq kitab üçün AXDG QSC XDND idarəsinin əməkdaşı, Vətən müharibəsinin iştirakçısı, Xocavənd və Cəbrayılın Azad olunmasına görə medallarla təltif olunan, qazi Həsənov Osman Əşrəf oğlundan aldığımız müsahibəni təqdim edirik

 Osman, 44 günlük Vətən müharibəsi sona catdı.  Ordumuzun qələbəsində sənində payın var. Bu haqda nə deyə bilərsən?

 – Bu qalibiyyət günümüz Azərbaycanlı kimi hər birimizin intizarla gozlədiyimiz bir gün idi. Cox şukurlər olsun ki, Ali Baş Komandanımızın hücum əmrini eşitdik. Bir Azərbaycan vətəndaşı olaraq Komandanın əmrini yerinə yetirməyi özümə şərəf bildim, səfərbərlik haqda çağırış vərəqini alan kimi  kim doyüşə getməyimi ozümə borc bildim. Doyüşlərin ikinci günü, sentyabır 28-də mən artıq bir tankcı kimi doyuşlərə qatıldım.

-İstərdim özün haqda oxucularımıza bir qədər məlumat verəsən…

-Mən Həsənov Osman Əşrəf oglu 1997 ciilin fevral ayınn 15-də   Bakı şəhərində dogulmuşam. 2013-cü ildə orta məktəbi bitirib, 2014-cü ildə həqiqi hərbi xidmətə getmişəm. 2015 ci ildə təxris olmuşam elə həmin ildə Dənizcilik məktəbinin matros ixtisası uzrə kurs bitirmişəm. 2016-cı ildən Xəzrər Dəniz Neft Donanmasının gəmilərində dənizci kimi fəaliyyətə başlamışam.

-Vətən uğrunda döyüşmək necə hissdir?

-İçimdə olan Vətən sevdası, müharibə nə qədər şətin olsa da məni nə üşütmədi nə də qorxuzmadı. Əksinə, mən də çox böyük  ruh yüksəkliyi var idi. Bu ruh yüksəkliyini tək özümüzdə də yox, bütün döyüşcülərdə gördükdə daha çox qururlanır, mübariz olurduq.. Bir şüarımız var idi: Vətən sağ olsun.

-Müharibəyə gedənə qədər ASCO da gəmidə aşbaz köməkcisi işləmisən. Dənizdən cıxıb dağlarda döyüşmək cətin olmadı ki?

– Dənizci peşəsi həqiqətən cox mürəkkəbdir. Döyüşdə fəal olmağımın səbəbi işimizin mürəkkəbliyindən və qəlbimizdə olan vətən sevgisindən,  dənizci qürurundan irəli gəlirdi. Mən sizi inandırım ki, on metr yüksəkliyə qalxan dalğalarla carpışan bir dənizci ücün dalğaların arasından dağlara qalxmaq elədə cətin deyildi.

Müharibə əzmkar, qorxmaz, xüsusi döyüş istedadı, qəlbində sevgi və eyni zamanda nifrət olanlar ücün cətin olmur. Bu həqiqətənmi elədir?

-Bu haqq yolunda olan bir döyüş idi. Bu yolda döyüşmək, vətənə sevgimizi, düşmənə nifrətimizi bildirmək bütün döyüşçü yoldaşlarımla yanaşı mənim də çətinlikləri dəf etməyimdə xüsusi rolu vardı.

-Cox istərdim sənin döyüş yolunla oxucularımız da tanış olsun. Hardan başladın döyüşə?

-2020 ci ilin sentyabr ayının 28 –də Füzuli rayonu Kürdmahmudlu kəndində, düüşmənin hücumunu dəf edərək, əks hücüma keçdik. Şanlı Ordumuzun fəal hərəkəti sayəsində dayanmadan döyüşdük.

-Və…

-Və düşmənin necə məhv edildiyini, əsgərlərimizin ölümün özünə ölüm qorxusu yaşatmağının son ucu olaraq qələbə xəbərini Şuşa şəhərində aldıq. Bu elə bir sevindirici xəbər oldu ki… Bu xəbərə görə yaşamağa, döyüşməyə və bu xəbəri eşidib də şəhid olmağa dəyərdi. Şuşaya qədər isə Cəbrayıldan, Xocavənddən, Qubadlıdan keçib gəlmişdik.

Haqqında sosial şəbəkələrdən az da olsa məlumat əldə etmişəm. Döyüşlərin birində xüsusi qəhrəmanlıq göstərmisən. Çoxlu sayda yaralılarımızı döyüş xəttindən uzaqlaşdırmısan, bu haqda ətraflı məlumat verməyini istərdim.

-Döyüş zamanı təkcə öldürmək yox, həm də yaşamaq uğrunda mübarizə aparırsan. Şəhidlərimizin, yaralılarımızın döyüş meydanında qalması bizə başucalığı gətirməzdi. Hər bir əsgərin yolunu gözləyən çoxlu sayda qohumu, dostu, tanışı vardı, Onlara elə döyüş bölgəsində sahib çıxmalı idik və çıxırdıq da. Bizim üçün şəhid olan hər bir  əsgərin, torpağımızın da qisasını almaq gərəkdir, cdeyə düşüncəsi məni heç tərk etmədi. Döyüşdə isə əsas olaraq düşməni məhv etməlisən. Komandanlıqdan əmr gəldi, Şuşikəndi azad etməliydik. Komandiri olduğum manqa ilə döyüşə atıldıq. Bir neçə düşmən postunu almalıydıq. Hücuma keçdik. Düşmən səngərinə girdikdə məlum oldu ki, bu istiqamətdə bizdən qabaq da döyüş olubmuş. Səngərlərdə erməni leşləri ilə yanaşı, bizim yaralı olan və şəhid olmuş əsgərlərimiz vardı. Məlum olurdu ki, döyüş çox yaxın təmasda olub. 20 nəfərdən çox yaralımızı təhlükəsiz yerə özüm çıxardım.. Tank əlehinə idarə olunan raket komleks qurğusu ilə dəqiq atəş açdım. Düşmənin postlarını bir qırpım göz içində darmadağın etdik

-Ümumiyyətlə düşmənlə apardığın  döyüşləri necə yadda saxlamısan? Ən ağır döyüşün harda olub?

– Müharibənin, döyüşün asan yerləri, vaxtları olmur. Ölüm mələyi daima yaxınlığındadır Ancaq bu haqda gərək fikirləşməyəsən.

Döyüşlərinn heç biri yadımdan çıxmaz. Füzuli, Cəbrayıl, Qubadlı, Şuşikən, Çanaqçı, Şuaşa və sair ərazilərimizdə gedən döyüşlərin hər biri ağır idi. Şuşa uğrunda gedən döyüşləri isə tarixin ən şərəfli səhifəsində yer alacağına əminəm.

-Təxminən sənin şəxsi hesabında neşə erməni leşi olar?

-Erməni leşinə gəldikdə, vallah dəqiq deyə bilmərəm. Amma onu bilirəm ki, az deyil. Mən tank əlehinə raket kompleksi qurğusundan atəş açırdım. Bütün atə.lərimin sərrast olmasını da dəqiq bilirəm. Postlarda müxtəlif sayda düşməın olurdu. 7, 10, 20 və daha çox . Mən dəqiq atəşlə hədəfi vurduqdan sonra rabitə ilə deyirdilər ki bəs filan posta da filan qədər düşmən məhv edildi.

 

Müharibə sona çatıb, düşmən uduzsa da , hələki bununla barışmaq istəmr. Ali Baş Komandanın işdi növbəti əmri  olsa , buna necə reaksiya olacaq? gösləyirsənmi?

– Şağırış vərəqini aldıqda mən gəmiyə növbəyə gedəcəkdim.  Amma əlbəttə işə deyil, döyüşə getdim. Bu torpaq bizimdir, əlbəttə Ali Baş Komandan yenidən səfərbərlik elan etsə, cani könüldən döyüşə gedərəm

-Osman, çox şükür ki, müharibə başa çatdı və sən dogma kollektivdəsən, planların nədir?

– Mən dənizçiyəm, bu sahəni sevərək seçib gəlmişəm. Düzdür, hələlik bu sahədə Ali təhsil almamışam, amma növbə matrosu diplomum, seritifikatlarım da var. Ən böyük arzum isə, ixtisasım üzrə işləmək və təhsil alıb kapitan olmaqdır.

Söhbətləşdi: Faiq Balabəyli

 

 

 

 

 

Share: