Danimarka hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) iclasına gedən Rusiya səhiyyə nazirinin müavini Oleq Salaqayı ölkəyə buraxmayıb.
Bu barədə Rusiyanın Kopenhagendəki səfirliyi özünün “Telegram” kanalında məlumat yayıb.
Nümayəndəlikdən verilən məlumata görə, 12-14 sentyabr tarixlərində Kopenhagendə ÜST-ün regional toplantısı keçirilir və bu toplantıda Salaqay da iştirak etməli idi.
“Lakin Kastrup hava limanında ona Danimarkaya giriş qadağan edilib”, – səfirlikdən bildirilib.