Danimarkada virtual killerlər rəsmi şəkildə işə başladı -FOTO

Danimarkada virtual killerlər rəsmi şəkildə işə başladı -FOTO

Müasir dövrdə onlayn oyunlar böyük populyarlıq qazanmağa başlayır. Yaşından, statusunda asılı olmayaraq bir çoxları saatlarla kompyuterin arxasında vaxt keçirə bilər. Bu isə sevgililər, evil cütlüklər arasında münasibətlərin soyumasına gətirib çıxardır.

Danimarkada bunun həlli tapılıb: “Love Squad” xidməti həvəskar oyunçuları kompüter arxasında oturmaqdan qeyri-adi şəkildə çəkindirəcək üsullarını açıqlayıblar. Belə ki, ölkənin internet provayderi “Waoo” və “Uncle Grey” yaradıcılıq agentliyinin birgə layihəsi olan “Love Squad” oyun həvəskarını öldürmək üçün virtual killer işə götürməyi təklif edir.

“Muzdlu qatillər” isə dünyaca tanınmış kiber idmançılar və strimerlər – “Jaxstyle”, “Marie Watson”, “Esther”, “Tobii” və “Jørgen Bjørn”dir.

Hər qatilin səhifəsində onların sürəti, dəqiqliyi və s. xüsusiyyətləri göstərilib.

Sevgilisi üçün qatili seçərkən, “Discord”da onun ləqəbi, oyun fəaliyyətinin günü və vaxtı göstərilməlidir. Sifarişə iş başa çatdıqdan sonra qurbana çatdırılacaq sevgi (ya da nifrət) ismarışı əlavə etmək mümkündür.

“Sifariş verdikdən sonra (killerlərimiz) sevgilinizi tapıb onu məhv edəcək və siz yenidən birlikdə ola biləcəksiniz. Sevgi üçün nələr nələr edilir?”, – deyə “Love Squad” saytında bildirilir.

Qatillərlə mübarizədə qalib gəlinəcəyi təqdirdə isə nə baş verəcəyi barədə məlumat yoxdur.

Mənbə: 3dnews.ru

Share: