İran Danimarkanın Tehrandakı səfirini Kopenhagen səfirliyinə olan silahlı hücumla bağlı Xarici İşlər Nazirliyinə çağırıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda İran Xarici İşlər Nazirliyi açıqlama yayıb.
İranın etirazına səbəb olan ölkə səfirliyi və diplomatların təhlükəsizliyinin təmin olunmaması Danimarka səfirinə çatdırılıb.
Açıqlamada Danimarka səfirinin baş vermiş hadisədən təəssüfləndiyini və təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini bildirdiyi qeyd olunub.