Rusiya ilə Ukrayna arasında Türkiyədə aparılan danışıqlar real nəticə verməyəcək. Rusiya tərəfi xüsusi əməliyyatı başa çatdırmalıdır. Banderaçıları və millətçiləri məhv etmək lazımdır.
Müstəqil.Az xəbər verir ki, bunu Çeçenistanın rəhbəri Ramzan Kadırov deyib.
“Türkiyədə gedən danışıqlar haqqında düşünürəm. Hesab edirəm ki, bu danışıqların heç bir faydası olmayacaq. İnanıram ki, biz başladığımız işi tamamilə bitirməliyik. Banderaçıları, faşistləri və şeytanları məhv etməliyik”, – o bildirib.
Müstəqil.Az