“Davamlı inkişaf naminə peşə seçiminin əhəmiyyəti və perspektivləri” mövzusunda dəyirmi masa keçirilib

“Davamlı inkişaf naminə peşə seçiminin əhəmiyyəti və perspektivləri” mövzusunda dəyirmi masa keçirilib

İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Gənclərin Töhfəsi” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində “Davamlı inkişaf naminə peşə seçiminin əhəmiyyəti və perspektivləri” mövzusunda peşə təhsili alan gənclərin iştirakı ilə dəyirmi masa formatında layihə keçirilmişdir.
Tədbirdə çıxış edən İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fatma Çandirova, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, “Gənclərin Töhfəsi” İctimai Birliyinin icraçı direktoru Məhsəti Hüseynova, “Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud, layihənin eksperti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Murad Həsənxanlı, layihə rəhbəri, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin I kurs tələbəsi Ziya Məmmədov peşə təhsilinin əhəmiyyətindən, geniş imkanlarından və gələcək perspektivlərindən söz açmış, layihə iştirakçılrının suallarını cavablandırmışdırlar.
Sonda iştirakçılara sertfikatlar təqdim olunmuş, xatirə fotosu çəkilmişdir.

Share: