Dünyanın harasından söhbət düşərsə deməyə SÖZün, hansı mövzudan SÖZ açılarsa mütəxəsis səviyyəsində fikir yürütməyə savadın var- TƏCRÜBƏLİSƏN…
Gülərüz, mehriban, insanpərvər və səmimisən. Uşaqla uşaq, böyüklə böyük dilində danışmağı bacarırsan- ARİFSƏN…
Haradan gəlib, haraya getdiyini yaxşı anladığından Allahı hər yerdə görə bilirsən- İMANLISAN…
Kamilliyə qalxan yol cahillikdən keçir- ZİRVƏSƏN…
Daxilən gözəlsən ki, zahirən də işıqlı görünürsən- NURANİSƏN…
Müdrik, uzaqğörən, tədbirli olduğundan, masanın harasında əyləşdinsə ora süfrənin başı olur- AĞSAQQALSAN…
Həmişə diqqət görmüsən, uğuruna el-oba sevgisi düşüb. Səninlə üzbəüz gələn hər kəs ayaq saxlayıb, görüşməyi özünə borc bilir- NÜFUZLUSAN…
Və nəhayət nümunəvi ata, yaxşı qardaş, sadiq dost, səxavətli yol-yoldaşı, qayğkeş əmi, təəssübkeş dayı, sevimli baba, əsl vətəndaş kimi ürəklərdə yuva qurmusan- Öləndən sonra da YAŞAYACAQSAN…
Bəli, elə bu keyfiyyətlərinə görə də, Sən hamımıza əziz və doğmasan, xətrini çox istəyirik- FATEHSƏN…
Nə şaxta, nə boran, nə isti, nə soyuq Səni sarsıda bilməyib. İsrafil SURunu çalanda deməyə sözün, öyünməyə əməllərin var- MÖMİNSƏN...
Baxışların aydın, sözlərin ötkəm, ürəyin ipək kimidir- Demək yaxşı İNSANSAN…
Adının üç mənası var- qayğı, kömək, diqqət, yəni Himayət!
Əziz və hörmətli Hacı Himayət, Sən həm həkim kimi və həm də bir vətəndaş kimi bu üç keyfiyyəti adında əməllərinlə doğrultmusan. 72 yaşın mübarək! Sənə möhkəm can sağlığı, firəvan həyat, xoş müjdəli günlər arzulayıram.
Hörmətlə: Elman Eldaroğlu
Müstəqil.Az saytının yaradıcı kollektivi adından təbrikə qoşuluram, el ağsaqqalı, hörmətli Hacı Himayət həkimi ürəkdən təbrik edirəm, çox yaşasın, xoş yaşasın, deyirəm.
Hörmətlə: Faiq Balabəyli
Hörmətlə: Faiq Balabəyli