Bu gün Daxili Auditorlar İnstitutunun Azərbaycan Bölməsinin (IIA Azerbaijan) Üzvlərinin 2023-cü il üzrə İllik Yığıncağı baş tutub.
xəbər verir ki, REIS GRC şirkətinin əsas sponsorluğu təşkil olunan tədbir çərçivəsində Bölmənin aparıcı komandasından Aziz Fətəliyev və Fuad Kələşli iştirakçılarla Bölmənin fəaliyyəti, yeniliklər və ötən dövr əldə olunan nailiyyətlərə dair məlumat paylaşıb.
“IIA Azerbaijan” ölkədə daxili audit peşəsinin inkişafı və təkmilləşdirilməsinə həsr olunmuş aparıcı peşəkar bir qurumdur. Daxili Auditorlar İnstitutunun yerli bölməsi kimi, “IIA Azerbaijan” öz üzvlərinə fərdi inkişaf, resurslar və şəbəkələşmə platforması təqdim edir. Bölmə təşkilat idarəçiliyi, risklərin idarə edilməsi və nəzarətində daxili auditin əhəmiyyətini vurğulayır. Mütəmadi keçirilən tədbir, seminar və konfranslar vasitəsilə “IIA Azerbaijan” üzvlərinin daxili audit sahəsində ən son tendensiyalar və yaxşı təcrübələrdən xəbərdar olmalarını təmin edir.
REIS GRC (reisgrc.com) təşkilatlarda risk və əməletmə fəaliyyətlərinin səmərəliliyi artıran rəqəmsal həllər təklif edir. Bu tədbirdə əsas sponsor kimi çıxış edən REIS GRC ölkədə daxili audit və idarəçilik standartlarının inkişafına öz töhfəsini göstərir.