Dayan oğlum, yer laxlayır – Əli HACInın yeni şeirləri

Allahla işim yoxdu,dünyanı özünə buraxdım…!

Mənim də bir günahım var
min günahdan biri olan .
bəlkə elə bircə mənəm
min günahdan diri olan…

Sən-üzükdən qaş apardım
ürəyimə daş apardım.
Quru yerə yaş apardım
yurdu yalan, yeri yalan…!

Ocağın oddan savayı
nəyi var ki, de havayı ?!
Özündən çoxdu olayı
özü gedib piri qalan !

Qala-qala dərinləşmiş
sözdən keçdi hər işimiz !
doğma imiş, ögey imiş
ölüm olub sirri qalan !

Sən də yalan, mən də yalan
suyum quruyubdu sonam !
gəl, baş daşımı yonuram
şəkil ver daşa yonulan …!

Ağaevli Əli Hacı adlı şəxsin şəkli.
****
Sağ qala bilərdik, indi neyniyək ?!
Biz gəlib hamıdan qabağa öldük !
Ömrün bir küncündə vaxtla oynayıb,
kimsələr ölməyən sayağı öldük…!

Yaşadı gözümdə şəkil ağrısı,
köksümdə arzumun şikəst balası…
Bütün ümüdlərin dəmir qapısın
çırpdılar üzümə lağ-lağı öldük !

Dur, mənim yerimi üstələ verim,
qoy, sənin adına ütlənsin yerim !
biz indi ölmədik, təsəlli verim
Adəmdən, Həvvadan qabağa öldük !

****

İlahi ! gündüz yox,gecə
hey , darıxdım göy üzünə…!
bir qadın saflığı kimi
yenə baxdım göy üzünə…!

Ələr,ələydən keçəni
sevər əynindən keçəni !
gündüz dağılmış küçəni
gecə yığdım göy üzünə !

Qoy, aparsın baş əlimi
qoy,dondursun qış əlimi .
Allahla görüb işimi
özüm yağdım göy üzünə !

Ağaevli Əli Hacı adlı şəxsin şəkli.
****

Bilmədim qanımdan niyə
Arı gəlib bal çəkmədi !
Bəlkə, Allah belə bildi,
belə işə qol çəkmədi !

O, qədərdi əyri yerim,
özüm üstünə yeridım !
Yolumdan çoxu yeridi,
ürəyimə yol çəkmədi !

Daş içində su saxlayır,
dayan oğlum, yer laxlayır .
bizi haqqa  söz bağlayır,
söz deməkdən çəkinmədim…!

 

Ağaevli Əli Hacı adlı şəxsin şəkli.

****

İlahi ! danışmaq istəyirəm
bilmirəm nədən danışaq ?!
Yer qoymadılar danışmağa …!
Bakirə sözlərin fahişə dillərindən töküldü,
öyrəndik alışmağa !
Döyüş sözünü qeyrətsizlər calaq elədi
kişiliyə qarışmağa…!

Allah bildiyim adamlar
Şeytanın yoluna üz qoydular !
Millət adına dedilər hər sözü,
Milləti susuz qoydular !

Kiminin anası,bacısı
bir nəsildə hamısı…
Söz-sənsən Allah !
Sənə görə alçaldılar…
Sənə görə öz yurdundan
Köçkündülər,qaçqındılar !

Danışaq başına dönüm ,
Keçib Müşfüq yaşım, Cavid yaşımdı…!
Mənə bir yol göstər,
yolunu göstər
bəlkə,
adam olmağdan bu gün daşındım…!

İllərdi boynumdan sallanan ipin
özü dar ağacıdı – dilim,İlahi !
mənim dünyadakı BÜTÖVLÜYÜMƏ
niyə ucuzlaşdı ölüm, İLAHİ !

Aldada,aldada aldadıb gələn
tapsa dərdlərimi əlindən öpsün !
Yenə bağışlaram onu İlahi !
Özün itiribdi,özünü tapsın…!

Sənə də əyilmək vərdişim deyil,
Ruhumun donudu əlimdə qılınc !
Mənim qılıncımı sözlə dondurub
ediblər gülünc…!

Axı, nə danışaq
biz nədən danışaq sözün adına …
Nə əkib-biçdimsə torpağın üstdə
mən baha gəzirdim sənin adına,
dəyirman ağzında ucuz eylədin !

Danışaq İlahi !
Başına dönüm
bizim günümüzsən sən də bu gündə…
Qaytar RUHUMUZU,
qaytar yerinə
boş yerin var ikən gündəliyində….!

NAZİM HİKMƏTƏ

Və bir də görməzsən gördüklərini
qucaqla səbrini,özünə təsəlli ver !
bir az rahat yatmaqdan ötəri
əl elə keçmişinə,
durmaqçün yaranmayıb ki,bu yer !

əkdiyin ağac
boyundan yuxarı keçdisə
demək,hələ ağlın yerindədi,qardaşım !
dur,səhərlərin etiraz dalğalarını tut,
səndən yuxarı baxanlar görsünlər ki,
həmişəki ağrın yerindədi,qardaşım !

İlan dilini başından qabağa yeminə uzadır,
Udmağıda keçmişini özüylə sürüməyidi !
yaşamaq-acı bibərin acılığının
əlindən gözünə dəyməyi kimidi,
yəni həyat-acılığda şirinliyi sevməyindi…!

Share: