Dayanmaq istəmirik – Qurban Qurbanov

Çox ağır oyun oldu.

APA xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

 

Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində “Atletiko”nun qonağı olan Ağdam təmsilçisi 1:1 hesablı heç-heçəyə imza atıb.

 

Matçdan sonra mətbuat konfransı keçirən Qurbanov bunları deyib: “Bir xalla dönsək də, rəqibin oyununu qeyd etməliyəm. Futbolçularımız bu cür komandaya qarşı sona qədər mübarizə apardılar. İlk dəfədi ki, Çempionlar Liqasının qrupunda çıxış edirik. Futbolçularımızın belə oyunları çox keçirmələrinə ehtiyac var. Şükürlər olsun ki,

komandamızın əziyyəti boşa getmədi”.

– Pedro Enrikenin qırmızı vərəqə aldığı epizodda hakimin qərarından razı qaldızmı?

 

– Məncə, “qırmızı” düz idi. Hakim haqlı olaraq, həmin vərəqəni göstərdi. Çünki Pedronun ayağı həddindən artıq yuxarı qalxmışdı. Bu mənada, hakimin qərarına etirazım yoxdu.

– “Qarabağ” qrupun autsayderi kimi göstərilsə də, “Atletiko” kimi rəqibdən 2 xal aldı. Komanda əvvəldən qarşıya qoyduğunuz hədəfə çatdımı, yoxsa yenə hədəfiniz var?

 

– Çox güclü qrupa düşmüşük. Hər bir rəqibin qrup lideri olmağa potensialı var. Belə oyunları daha çox keçirməyə ehtiyacımız var. Onda futbolçular bərkiyirlər. Onlar bu cür matçlarda məğlub olanda belə, oyundan zövq almalıdılar. Yaxşı nəticə həm futbolçulara, həm də bizə özünəinam hissi verir. Nəticə önəmlidi. Əgər şansımız varsa, futbolçuları maksimum dərəcədə hazırlayacağıq. Dayanmaq istəmirik, potensialımızı daha çox açmaq niyyətindəyik.

Müstəqil.Az

Share: