DÇ-2022: Bu gün üçüncü yer uğrunda oyun keçiriləcək

DÇ-2022: Bu gün üçüncü yer uğrunda oyun keçiriləcək

Qətərdə keçirilən dünya çempionatında bu gün üçüncü yer uğrunda oyun keçiriləcək.

Oxu.Az xəbər verir ki, bürünc medal görüşündə Xorvatiya və Mərakeş yığmaları üz-üzə gələcəklər.

“Xəlifə” stadionunda oynanılacaq matçı qətərli FIFA referisi Əbdülrəhman Əl-Cassim idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

İki kollektiv mundialda eyni qrupda yer alıb. F qrupunu Afrika təmsilçisi 7 xalla 1-ci, avropalılar isə 5 xalla 2-ci pillədə tamamlayaraq, pley-offa adlayıb. Komandaların qrup mərhələsindəki duelində qolsuz heç-heçə qeydə alınıb.

Xorvatiya millisi qələbə qazanacağı halda tarixində 2-ci dəfə dünya üçüncüsü olacaq. “Damalılar” ilk dəfə DÇ-1998-də Niderlandı 2:1 hesabı ilə məğlub edərək bu titula sahib çıxıblar.

Mərakeş isə tairixində ilk dəfə mundialda 3-cü yer uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, dünya çempionatına dekabrın 18-də Argentina və Fransa milli komandaları arasında keçiriləcək final matçı ilə yekun vurulacaq.

DÇ-2022

3-cü yer uğrunda oyun

17 dekabr

19:00. Xorvatiya – Mərakeş

Baş hakim: Əbdülrəhman Əl-Cassim (Qətər)

“Xəlifə” stadionu

Share: