2022-ci il futbol üzrə Dünya Çempionatı zamanı Qətərdə pivə satışı ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.
Məlum olub ki, bir stəkan pivə azarkeşlərə az qala 14 avroya (təxminən 25 manata) başa gələcək.
Həmçinin bildirilir ki, Qətər fanatlara pivə satışına adambaşına dörd stəkandan çox olmayaraq məhdudiyyət qoyub.
Qeyd edək ki, bir müddət əvvəl 2022-ci il Dünya Çempionatının təşkilatçıları azarkeşlər üçün pivənin qiymətinin təxminən 7-8 avro civarında olacağını bəyan etmişdilər. Lakin sonradan Qətər hakimiyyətinin qərarı ilə qiymət siyasətində dəyişiklik edilib, bəzi pivə satış məntəqələrinin stadionlardan kənar, gözə dəyməyən yerlərə köçürülməsi əmri verilib.
Mənbə: championat.com